Marneulinin 25 kəndində Qriqol Vaşadze qalib gəlib
Marneuli kəndlərindəki məntəqələrdən 25-də Qriqol Vaşadze bütün namizədlərdən daha çox səs toplayıb.
Marneuli 22 saylı Dairə Seçki Komissiyasında ümumilikdə 90 məntəqə açılıb.

Vaşadze ən yüksək səsi Təzəkənddə toplayıb. Onu burada 333 seçici dəstəkləyib.

Qriqol Vaşadze ən az səsi isə Tserakvidə alıb, ona yalnız 7 nəfər etimad göstərib. Vaşadze ilə birlikdə seçkilərin ikinci turuna çıxmış Salome Zurabişvili isə burada 401 səs toplayıb.

Aşağı Qullar kəndində yerləşən 90 saylı məntəqədə Salome Zurabişvili və Qriqol Vaşadze eyni səs toplayıblar. Marneulinin sayca sonuncu məntəqəsində hər iki namizəd 131 səs toplayıb.

Gürcüstan miqyasında prezident seçkiləri ötən gün, 28 oktyabr tarixində keçirildi. Mərkəzi Seçki Komissiyasının yayımladığı nəticələrə görə, 3 705 məntəqədə Salome Zurabişvili səslərin 38.64%-ni, Qriqol Vaşadze isə 37.74%-ni toplayıb. Bu isə prezident seçkilərinin ikinci turu deməkdir.

Qriqol Vaşadzenin qalib gəldiyi məntəqələrin siyahısını təqdim edirik:
  • N12 – Sabirkənd, Qriqol Vaşadze 190, Salome Zurabişvili87
  • N13 – Təzəkənd, Qriqol Vaşadze 333, Salome Zurabişvili166
  • N14 – Əzizkənd, Qriqol Vaşadze 157, Salome Zurabişvili145
  • N15 - Algeti, Qriqol Vaşadze 149, Salome Zurabişvili135
  • N23 – Ağməmmədli, Qriqol Vaşadze 229, Salome Zurabişvili147
  • N25 - Ulaşlı, Qriqol Vaşadze 230, Salome Zurabişvili176
  • N34 – Kəpənəkçi, Qriqol Vaşadze 149, Salome Zurabişvili125
  • N36 – İkinci Kosalı, Qriqol Vaşadze 295, Salome Zurabişvili105
  • N37 – Keşəli, Qriqol Vaşadze 330, Salome Zurabişvili102
  • N38 – Keşəli, Qriqol Vaşadze 254, Salome Zurabişvili172
  • N43 - Qaçağan, Qriqol Vaşadze 174, Salome Zurabişvili131
  • N48 - Qızılhacılı, Qriqol Vaşadze 186, Salome Zurabişvili 151
  • N51 - Qullar, Qriqol Vaşadze 198, Salome Zurabişvili171
  • N52 – Daştəpə, Qriqol Vaşadze 202, Salome Zurabişvili 126
  • N55 - Şulaveri, Qriqol Vaşadze 224, Salome Zurabişvili 114
  • N56 - Araflı, Qriqol Vaşadze 286, Salome Zurabişvili172
  • N59 – İmir, Qriqol Vaşadze 291, Salome Zurabişvili222
  • N72 - Algeti, Qriqol Vaşadze 113, Salome Zurabişvili85
  • N76 - Qasımlı, Qriqol Vaşadze 235, Salome Zurabişvili153
  • N77 – Ağməmmədli, Qriqol Vaşadze 226, Salome Zurabişvili128
  • N78 – Bəylər, Qriqol Vaşadze 307, Salome Zurabişvili142
  • N80 – İlməzli Qriqol Vaşadze 142, Salome Zurabişvili49
  • N82 - Qaçağan, Qriqol Vaşadze 194, Salome Zurabişvili185
  • N83 - Qızılhacılı, Qriqol Vaşadze 175, Salome Zurabişvili 143
  • N84 – Axlı Mahmudlu, Qriqol Vaşadze 255, Salome Zurabişvili 153.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები