Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra “Avropalı
Gürcüstan” partiyasının prezidentliyə namizədi Davit Bakradze hakim
partiyaya qarşı digər müxalifət partiyası ilə birləşməyi qərara
aldı.
Bəs “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının
sədri Əhməd İmamquliyev keçmiş komanda yoldaşları ilə əməkdaşlıq
edəcək? Xatırladırıq ki, seçkiöncəsi ərəfədə mübahisə yaranmışdı və
onların partiyasından bir neçə nəfər “Vahid Milli Hərəkat”a
keçmişdi. İmamquliyev hələlik hər hansı bir şərh verməkdən imtina
edir, lakin deyir ki, hakim partiyanın qələbə qazanmaması üçün
əlindən gələni edəcək.
“Bu məsələ ilə bağlı daha sonra bəyanat verəcəyəm. Dəqiq bilmirəm
bizim əməkdaşlığımız hansı səviyyədə olacaq. Lakin bir şeyi deyə
bilərəm ki, biz “”Gürcü Arzusu” ilə həmişə mübarizə aparmışıq və
yenə də mübarizə aparacağıq”, - deyə Əhməd
İmamquliyev bildirib.
İmamquliyev rəsmi açıqlamanı “Avropalı Gürcüstan” siyasi şurasının
partiyanın bütün regional nümayəndələrinin iştirak edəcəyi və
seçkilərin ikinci turunun müzakirə olunacağı iclasından sonra
verəcək.
Siyasi şuranın iclası bu gün Tbilisiyə təyin olunub.