Marneulinin 7 kəndində küçə işıqlarının çəkilməsi üçün meriya 114 587 lari dəyərində tender elan edib

Marneulinin 7 kəndində küçə işıqlarının qurulması üçün meria 114 587 lari dəyərində tender elan edib.


Tenderə görə, qalib gəlmiş şirkət müqavilə bağlandıqdan sonra 60 gün ərzində Çanaxçı, Yenikənd, Şulaveri, Dioknisi, Baytallı, Təkəli və Daştəpə kəndlərində küçə işıqlarının çəkilməsi işlərini tamamlamalıdır.

Çanaxçı kəndində küçə işıqları üçün 50 dirək basdırılacaq, işlərin həyata keçirilməsi üçün isə ən çox 24 000 lari xərclənməlidir.

Yenikənddə 25 işqı dirəyinin basdırılması üçün maksimum 10 000 lari xərclənməlidir.

Şulaveridə isə 40 işıq dirəyi basdırılacaq ki, bunun üçün isə 20 000 laridən artıq xərclənməməlidir.

Baytallı kəndində 25 dirəyin basdırılacağı ehtimal olunur ki, bunun üçün maksimum 10 000 lari nəzərdə tutulub.

Küçə işıqları üçün Təkəlidə ən çox 15 000 lari, Daştəpədə isə ən çox 20 000 lari xərclənməlidir.

Meriya tərəfindən elan olunmuş tenderdə iştirak etmək üçün tender şərtlərinin qəbuluna 4 dekabr tarixində başlanılacaq və 9 dekabradək davam edəcək.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google