İmamquliyev keçmiş komanda yoldaşları ilə şəxsən əməkdaşlıq etməyi planlaşdırmır

“Avropalı Gürcüstan” partiyası prezident seçkilərinin ikinci turunda Qriqol Vaşadzeni dəstəkləməyə və hakimiyyət partiyasına qarşı mübarizə aparmağa hazırdırlar.

Avropalı Gürcüstanın nümayəndəsi Əhməd İmamquliyev keçmiş komanda üzvləri ilə əməkdaşlıq edəcəkmi sualına cavab verdi ki, onlarla şəxsən əməkdaşlıq etməyi planlaşdırmır ancaq partiya üzvlərindən biri onlar arasında ünsiyyət daşıyıcısı olacaq.

“Bizim nümayəndələrdən bir nəfəri mən təyin edəcəm və aramızda ünsiyyət yaradacağıq. Partiya ilə birbaşa ünsiyyətim olmayacaq həmin şəxs vasitəçimiz olacaq” – dedi Əhməd İmamquliev.

Demək olar ki, İmamquliyev hakimiyyət partiyasının məğlub olması üçün müəyyən qədər kompromisə getməli olacaq. Bu güzəşti isə o təbii qəbul edir və deyir ki, oxşar şey mümkün idi və müqavilədə bu öhdəliyi qoyurdu. Müqaviləyə əsasən, ikinci tura ehtiyac olardısa yüksək rəqabəti olan partiyanı dəstəkləyəcəkdilər.

“Biz öhdəlik götürmüşdük və Milli Hərəkatla müqavilə bağlamışdıq ki, ikimizdən hansımız ikinci tura keçsək bir-birimizə kömək edəcəkdik. Bu yeni deyil müqavilə bağladımız məlum idi. Bizim yeganə problemimiz Gürcü Arzusudur” – dedi Əhməd İmamquliev.

Birləşmiş Müxalifət partiyasına dəstək olmaq üçün Avropalı Gürcüstanın bütün regional nümayəndələri ötən gün, 30 oktyabr tarixində siyasi şura iclasında müzakirə aparıblar.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google