Marneulidə Rustaveli küçəsinin bir hissəsində yol bağlanıb

Sabah, 3 noyabr tarixində Marneulidə “Avropa Günləri” keçiriləcək. Marneuli meriyası ərazisində hazırlıqlara bu gün səhər saatlarından başlanılıb.

Buna görə də həmin ərazidə maşınların hərəkəti məhdudlaşdırılıb.

Avtomobillər alternativ yolla hərəkət etməli olacaqlar. Alternativ yol “Ata Holdinq” idman kompleksinin yanından keçərək 4 saylı uşaq bağçasının yanından çıxır.

Marneuli şəhərində küçələrin adları qeyd olunmuş nişanlar yoxdur. Buna görə də, əgər “Ata Holdinq” və ya 4 saylı uşaq bağçasının harada olduğunu bilmirsinizsə, sadəcə maşın axınına qoşulmalı olacaqsınız və yenidən Rustaveli küçəsinə çıxacağınıza ümid edəcəksiniz.

Yol sabah, 3 noyabr axşam saat 8:00-dan sonra açılacaq.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google