Marneuli seçki dairə komissiyasının üzvü seçkilərin saxtalaşdırılması cəhdini inkar edir
Marneulinin 22 saylı seçki komissiyasının daim fəaliyyətdə olan üzvü İrakli Kvaratsxelia seçkilərin saxtalaşdırılması cəhdini inkar edir.
Marneulifm.ge-nin jurnalisti ilə söhbəti zamanı Kvaratsxelia izah edir ki, 28 oktyabrda Marneulidə öz vəzifəsini yerinə yetirəndən sonra Tbilisiyə səs vermək üçün gedib. O, seçkilərin xüsusi siyahısında olmayıb.

Vakenin 51 saylı seçki məntəqəsinə gedən zaman Kvaratsxelianın əlində marker işarəsi aşkarlanıb.

“Ultra bənövşəyi detektorla əlimi yoxlamalı idilər və müəyyən olmayan ləkə aşkarlandı. Mən üzr istədim (komissiya üzvlərindən) məcbur etmədim çünki mənim daxil olmağım düzgün olmazdı, nəinki ümumiyətlə səs verməməyim” - deyir İrakli Kvaratsxelia.

Marneulinin seçki komissiyasının üzvününü sözlərinə görə, onun videosunu çəkən şəxs qeyri-müəyyən və qeyri-adekvat idi. Onunla dialoqa girmək Kvaratsxelia üçün mümkün deyildi və məhz buna görə ərazini tərk etməyə üstünlük verib.

“Mən ümumiyyətlə 28 oktyabrda heç bir məntəqədə səs verməmişəm” - deyir İrakli Kvaratsxelia.

İrakli Kvaratsxelia deyir ki, onun üçün əlinin içində markerləşdirilmənin aşkarlanması müəyyən deyil.




Marneuli Dairə Seçki Komissiyasının üzvü ikinci dəfə səs verməyə cəhd edib
Print ელ. ფოსტა
FaceBook Twitter Google