Marneuli – Qırmızı Körpü xətti üzrə işləyən avtobuslar dəyişəcək, ya yox, meriyadan bu barədə dəqiq məlumat vermirlər
Marneuli-Qırmızı Körpü xətti üzrə işləyən amortizasiya olunmuş avtobus bu il dəyişdirilməyəcək.
“Marneuli” radiosuna bu barədə məlumatı Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze verib.

Marneuli-Qırmızı Körpü xətti üzrə işləyən avtobusun 2019-cu ildə dəyişdirilb-dəyişdirilməyəcəyi də məlum deyil.

Meriyadan aldığımız məlumata görə, bu mərhələdə smeta sənədinin hazırlanması davam edir, bundan sonra isə müvafiq tədbirlər həyata keçiriləcək. Gələn il yeni avtobusların alınması xərclərinin nəzərdə tutulması üçün meriyada yeni nəqliyyatların alınması məsələsi gündəlikdə durur. Lakin meriyada Marneuli–Qırmızı Körpü xətti üzrə işləyən avtobuslar dəyişəcək, ya yox, bu barədə dəqiq məlumat vermirlər.




Mövzu ilə bağlı digər xəbərlər:

Taxta ilə təmir edilmiş bələdiyyə avtobusu
Print ელ. ფოსტა
FaceBook Twitter Google