Qeyri-insani və alçaldıcı rəftar ittihamı ilə həbs edilən Marneuli
meri Temur Abazovu və “El Centre” insidenti ilə bağlı döymə
ittihamı ilə saxlanılan keçmiş baş prokuroru eyni vəkil – Qaqi
Mosiaşvili müdafiə edir.
Marneuli meri Temur Abazov 13 iyun tarixində saxlanılıb. O,
Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və
qeyri-insani rəftarda ittiham olunur.
6 sentyabr tarixində ilkin məhkəmə iclasında ona qarşı ittihamlar
157-ci prima 1 və prima 2 maddələri ilə ağırlaşdırılıb. Həmin maddə
şəxsi həyatı əks etdirən məlumatın və şəxsi məlumatın yayılmasını
nəzərdə tutur.
Keçmiş baş prokuror Otar Partsxaladze prokurorluq tərəfindən irəli
sürülən ittihamları qəbul etmir. Bu barədə Partsxaladzenin vəkili
Qaqi Mosiaşvili 1-ci kanala məlumat verib.
Onun bildirdiyinə görə, prokurorluq Partsxaladzeyə qarşı döyməni
nəzərdə tutan 126-cı maddə ilə ittiham irəli sürüb.