"Biz xalqa bir həqiqəti çatdıracağıq ki, namizəd Vaşadzedir, Saakaşvili deyil" - Ruslan Hacıyev

Prezident seçkilərinin birinci turunun başa çatmasından sonra “Gürcü Arzusu”nun liderləri bəyanat veriblər ki, əhalinin problemlərini öyrəniblər və birinci gündən onlarla görüşlərə başlayacaqdılar.

 

“Gürcü Arzusu”nun liderləri əhali ilə dünən görüşlərə başlamalı idilər.

"Marneuli" radiosu maraqlandı ki, seçki qabağı dövrdə Marneulili əhaliyə Gürcü Arzusunun nümayəndələri nə deyirmişlər və yaxud nə deyirlər.

Marneulili deputat və Salome Zurabişvilinin qərargahının rəhbəri Ruslan Hacıyev deyir ki, seçicilərə danışırmışlar ki, Birləşmiş Müxalifətin üzvləri niyə pisdirlər.

“Müxalifət qüvvələri tərəfindən gələn bütün təbliğatlar yalandır. Biz insanlara həqiqəti çatdırırıq ki, namizədlik verən Vaşadzedir Saakaşvili deyil. Adamlar bunu bilməlidirlər. Birdə ki, maksimum dərəcədə insanlara məlumat çatdıracağıq ki, son illər ərzində nələ edilib və onlar öz idarəçilikləri dövründə 9 il ərzində nə ediblər” - deyir Ruslan Hacıyev.

Ruslan Hacıyev deyir ki, Birləşmiş Müxaifət yoxdur və o, yalnız “Milli Hərəkatı” görür. Hacıyev onu da deyir ki, əhali Salome Zurabişvilinin seçilməsnin niyə yaxşı olduğunu bilir.

“Əhali bilir ki, o, (Salome Zurabişvili) Gürcüstanın Avropa Birliyinə daxil olması prosesinə təsir göstərəcək. O, Gürcüstanın Avroatlantikaya və NATO-ya üzv olmasına çox təsir göstərəcək. Ümum strukturda buna böyük ümidimiz var” - deyir Ruslan Hacıyev.

“Gürcüstan prezident seçkiləri 28 oktyabrda baş tutdu. İlk turda 51%-lik maneəni heç bir namizəd keçə bilmədi.

Seçkilərin ikinci turunda Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze və Gürcü Arzusunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili mübarizə aparacaqlar.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google