İmirli kişi seçkiləri bəy-gəlinin bir-birini toyda tanıdığı köhnə adətlərə bənzədir
Prezidenti necə seçirik? Onların baxışları ilə tanış oluruq, bir-biri ilə müqayisə edirik və ən yaxşısını seçirik. Qaydaya əsasən seçicilər məhz bu strategiya ilə seçim etməlidirlər. Amma Marneulinin İmir kəndində vəziyyət başqa cürdür. Əhalinin əksəriyyəti bilmir ki, Salome Zurabişvilinin və Qriqol Vaşadzenin hansı baxışları var. Onlarla görüşə heç kim getməyib və deməyib ki, niyə o namizədi seçmək yaxşı olar.

Hümbət Hüseynov İmirdə yaşayır. Seçkiləri köhnə toy adəti ilə müqayisə edir. O,zaman bəy gəlinin kim olduğunu bilmirmiş.

“Hesab edin ki, seçkilər köhnə azərbaycan ənənəvi toyu kimidir, o zaman kimsə evlənəndə don geyindirirdilər və sifətini tam örtürdülər. İndi də məhs belə seçkilərdir, açıq deyil. Xalq heç bilmir də hansı istiqamətə gedir” - deyir Hümbət Hüseynov.



Əmirxan Qocayev hesab edir ki, xalq layiq olan namizədi dəstəkləyəcək. Amma bilmir ki, beləsi namizəd hansıdır və ona heç kim deməyib ki, Salome Zurabişvilinin və ya Qriqol Vaşadzenin hansı baxışları var.

- Kim layiq olarsa ona səs verəcəyik.
- Necə bilirsiniz ki, kim layiqdir?
- Bilmirəm, xalq hamının ürəyini oxumayacaq ki, kim layiqdirsə onu dəstəkləyəcək.
- Adamlar bu haqda məlumatı necə öyrənirlər?
- Bilmirəm. Kim layiqlidir onu dəstəkləyəcəm”.





Hümbət və Əmirxan kimi başqa İmir sakinlərinin də məlumatı yoxdur.

“Mən o namizədi heç tanımıram da (Salome Zurabişvili). Amma ölkənin xatirinə ona səs verəcəm” - deyir ərzaq satıcısı olan qadın.



Əhalinin bir hissəsi öz seçimini açıq qeyd edir, deyirlər ki, Salome Zurabişvilini dəstəkləyirlər amma niyə seçdiklərinə dair cavabları yoxdur.

“Elə partiyalar var ki, qapı-qapı düşüb pul paylayırlar, məsələn 5 nömrə. Dövlət var və ona səs verməliyik. Hakimiyyət qalib gəlməlidir. İvanişvili də bizi dəstəkləyir. Azərbaycan kimi desə ona səs verəcəyik. Saakaşvili daha buraya gələn deyil” - deyir İmirli kişi.



İmir kimi Marneulinin çox kəndlərində oxşar vəziyyətdir. Azərbaycanlı əhali çox hallarda dil maneəsinə görə bilmirlər ki, prezidentliyə namizədlərin hansı baxış və planları var.



Qriqol Vaşadze və Salome Zurabişvili seçki qabağı kampaniya çərçivəsində Marneulidə də olublar.

Vaşadze Marneulili seçicilərlə görüş zamanı dedi ki, burada da Gürcüstanın hər yerində olduğu problem var. Etnik azlıqların ictimai-siyasi həyata daha çox inteqrasiya olması üçün Vaşadzenin baxışı gürcü dilinin gücləndirilməsi üzrə tədrisə bağlanır.

Zurabişvili Marneulilərlə görüşündə ikili vətəndaşlıq, dövlət dilinin tədrisi və ana dilinin saxlanılması kimi mövzuları diqqətə yetirdi.

28 oktyabrda İmir seçki məntəqəsində “Gürcü Arzusu” və “Milli Hərəkatın” aktivistləri bir-biri ilə qarşıdurmaya çıxdılar. Mübahisəyə polis yardım etdi və hər iki şəxsi şöbəyə apardılar.

Seçkilərin birinci turunda İmirin 59 saylı seçki məntəqəsində Qriqol Vaşadze qalib gəldi. O, 291 səs qazandı, Salome Zurabişvili isə 222 səs topladı.


Print ელ. ფოსტა
FaceBook Twitter Google