9 noyabr tarixində Marneuli Mədəniyyət Mərkəzində Əli və Nino tamaşası səhnəyə qoyulacaq
Sabah, 9 noyabrda "Marneuli bələdiyyəsinin mədəniyyət mərkəzi" Tsxinvalinin İvane Maşabeli adına peşəkar dövlət dram teatrına ev saibliyi edəcək. Onlar Qurban Səidin romanınan əsasən qoyulmuş "Əli və Nino" tamaşasını təqdim edəcəklər. Tamaşa Gürcüstan və Azərbaycanın müstəqilliyinin 100 illiyinə həsr olunub.

Mədəniyyət Mərkəzinin tədbirlər üzrə təşkilatçısı Zura Xaptani deyir ki, sabah tamaşaçıları maraqlı tamaşa gözləyir və mütləq gəlməlidirlər.

“Marneuli Mədəniyyət Mərkəzi teatr həftəsini davam etdirir. Sabah ikipərdəli yaxşı tamaşa olacaq. Hər kəsi dəvət edirəm. Şəxsən özüm tamaşa etmişəm, həqiqətən çox gözəldir”, - Zaza Xaptani deyir.

Tamaşa sabah saat 18:00-da başlayacaq. Tədbir Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi, Q.Leonidze adına gürcü ədəbiyyat muzeyi tərəfindən təşəbbüs edilmiş "Rəngarəng Gürcüstan" layihəsi çərçivəsində baş tutacaq. Giriş pulsuzdur.
Print ელ. ფოსტა
FaceBook Twitter Google