Mirtağı Əsədov rəsmi olaraq ittiham irəli sürülməsini, qeyri-hökumət təşkilatları isə hakimiyyətin reaksiyasını gözləyirlər
Saxlanılmasından dörd gün ötməsinə baxmayaraq, bunun səbəbi məlum deyil, ona hüquqi yardım göstərmək mümkün deyil. Azərbaycan respublikası sərhəd keçid məntəqəsində 7 noyabr tarixində saxlanılan İHHŞ “Ümum Gürcüstan Ali Dini İdarəsi”nin sədri və şeyxi Mirtağı Əsədovun vəziyyəti məhz bu cürdür.

Qeyri-hökumət təşkilatları qeyd olunan fakta münasibət bildirirlər və Gürcüstan və Azərbaycanın təcili reaksiya göstərmələrini istəyirlər. Bir neçə dəfə məhkəmədə Əsədovun nümayəndəsi olmuş və ona yardım etmiş Gənc Hüquqşünaslar Assosiasiyasının sədr müavini vəkil Nona Kurdianidze deyir ki, saxlanılmanın səbəbləri onlara məlum deyil.

“Gözləmə rejimindəyik, məlumatın dəqiqləşdirilməsini gözləyirik. Onun sağlamlığı və azadlığının qorunması çox vacibdir. Vəkillə görüşmək hüququ olmalıdır. Onun azadlıqdan məhrum edilməsinin səbəbləri aydınlaşdırılmalıdır. Çünki o, Gürcüstan vətəndaşıdır, vəziyyətin aydınlaşdırılması üçün və daha çox məlumat əldə edə bilməyimiz üçün müvafiq idarələr, ilk növbədə Xarici İşlər Nazirliyi çox böyük səy göstərməlidir.” – Nona Kurdianidze deyir.

Mirtağı Əsədovun məsələsini daha bir təşkilat – “Tolerantlıq və Müxtəliflik İnstitutu” da araşdırır. Təşkilatın nümayəndəsi Şota Tutberidze bildirir ki, bu vaxta qədər əldə olunan məlumata görə saxlanılan şəxsə qarşı ittiham irəli sürülməyib. Saxlanılmanın səbəbləri izah edilməyib və ailəsi də harada olduğunu bilmir, vəkil hüququndan da yararlana bilmir. Tutberidze deyir ki, bu məlumatlara əsasən Əsədovun qanunsuz şəkildə saxlanıldığını demək olar.

“Biz Gürcüstan Xarici İşlər Nazirliyi, Azərbaycan respublikasındakı Səfirlik və Konsulluq ilə fəal ünsiyyətdəyik. Ümid edirik ki, məlumat almaqda bizə yardımçı olacaqlar. İnsanın praktiki olaraq qaçırılması və vəkilinin olmaması, hara aparıldığının məlum olmaması və vəziyyəti barədə məlumatın verilməməsi heç nə ilə əsaslandırıla bilməz. Azərbaycan dövlət orqanlarını Mirtağı Əsədova ailəsi ilə görüşmək imkanı və vəkil xidmətindən yaralanma hüququ verməyə çağırırıq”. - Şota Tutberidze deyir.

Məsələ ilə bağlı bu gün axşam saatlarında Marneuli İmam Əli Məscidinin axundu və imam cüməsi Hacı Hacıyev Ümum Gürcüstan Ali Dini İdarəsi adından bəyanat verib. O, bildirib ki, Mirtağı Əsədovun saxlanılma səbəbləri ilə bağlı hər hansı məlumat əldə olunarsa bu barədə ictimaiyyətə dərhal məlumat veriləcək.

“Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov bu yabrın 7-də Gürcüstan sərhədini keçmiş və saat 14:00 radələrində Azərbaycan sərhəd mühafizəçiləri tərəfindən saxlanılmışdır. Saxlanılmanın səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. Hər hansı bir məlumat əldə edildikdə dərhal ictimaiyyətlə paylaşacağıq” – deyə Hacı Hacıyev bildirib.

“Marneuli” radiosunun məlumatına görə, Mirtağı Əsədovun həyat yoldaşı səfirliyə çağırılıb.

Xatırladırıq ki, İHHŞ “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri və şeyxi Mirtağı Əsədov 7 noyabr tarixində Azərbaycan respublikası sərhəd keçid məntəqəsində saxlanılıb.

Ola bilsin onun saxlanılması Gürcüstanda şiə müsəlmanlarının hüquq və dini konfesiyaların bərabərhüquqluluğu üçün mübarizə aparması ilə əlaqəli olsun.


Mövzu ilə bağlı digər xəbərlər:

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovu Azərbaycanda indiyə qədər müəyyən olmayan səbəbdən saxlayıblar

Print ელ. ფოსტა
FaceBook Twitter Google