Bu gün, 14 noyabr tarixində
Marneuli Mülki Məşğulluq Mərkəzində büdcə prosesi çərçivəsində
Marneuli bələdiyyəsinin sosial proqramlar və xidmətlərin
göstərilməsi haqqında müzakirə keçirildi.
Müzakirələrdə qeyri hökumət təşkilatı nümayəndələri, merin
Müşavirlər Şurası və Gender Bərabərliyi Şurasının üzvləri, xalq
müdafiəçisinin Kvemo Kartli ofisinin nümayəndələri və başqa
maraqlanan şəxslər iştirak edirdilər.
Müzakirənin məqsədi bələdiyyənin sosial proqramları və xidmətləri
ilə maraqlanan tərəflərin fikir və təkliflərini dinləmək , büdcə
prosesi çərçivəsində meriyaya təqdim etmək üçün ictimai müzakirələr
və məsləhətçilər şurasının üzvlərinin maarifləndirilməsi və büdcə
prosesi ilə bağlı tövsiyələrin hazırlanması və təqdim olunmasında
iştirakı idi.
“Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladzenin
dediyinə görə, aşkarladıqları ilk problemli məsələ məlumatlar
bazasının olmamasıdır.
"Məlumatlar bazasının olmaması, həssas qrupların
ehtiyaclarının yerli səviyyədə analizinin olmaması - bu isə o
deməkdir ki, sosial siyasət formalaşdırılmayıb. Bu mərhələdə bu
həqiqətən problemdir" - dedi Olqa Endeladze.
Müzakirələr “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” və Mülki
Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilən “Bələdiyyə
siyasətinin hazırlanması üçün mülki sektor” layihəsi çərçivəsində
keçirilirdi. Layihə “Səmərəli idarəetmə üçün güclü mülki
ictimaiyyət” proqramı çərçivəsində maliyyələşir. Bu proqram Avropa
İttifaqının maliyyə dəstəyi ilə World Vision Gürcüstan, Gürcüstan
Gənc İqtisadiyyatçılar Assosiasiyası və Gürcüstan Sosial İşçilər
Assosiasiyası tərəfindən həyata keçirilir.