"Yenə böyüyəcəklər" abidəsi ilə bağlı tenderdə yalnız bir şirkət iştirak edib

“Yenə böyüyəcəklər” abidəsinin bərpası və ətraf ərazisinin abadlaşdırılması üçün elan olunmuş tenderdə bir şirkət – “İntertexnoloq” MMC iştirak edib.


Bələdiyyə tərəfindən elan olunmuş tenderin təxmini dəyəri 1 095 654 lari idi. “İntertexnoloq” MMC isə meriyaya işləri 994 848 lariyə tamamlamağı təklif edib.

Marneuli bələdiyyəsinin Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədovun dediyinə görə, bu mərhələdə tenderdə iştirak edən şirkətin seçimi davam edir, lakin ümid edir ki, tenderdə iştirak edən yeganə şirkət qalib gələcək.

Məmmədov deyir ki, əgər şirkət qalib gəlsə, bir həftə ərzində müqavilə bağlanacaq, əgər diskvalifikasiya olunarsa, yenidən tender elan olunacaq.

“Yenə böyüyəcəklər” abidəsinin bərpası və ətraf ərazilərinin abadlaşdırılması tenderində “İntertexnoloq” MMC qalib gəldiyi halda müqavilə bağlandıqdan 225 gün ərzində işləri tamamlamalıdır.

Tender şərtlərindən aydın olur ki, abidənin bərpası və istirahət parkının yaradılması işləri iki mərhələdə həyata keçiriləcək.
1975-ci ildə yaradılmış abidə təmizlənəcək və sıradan çıxmış hissələri isə abidənin bəddi-arxitektura kompozisiyası saxlanılması şərti ilə bərpa ediləcək. Çünki, “Yenə böyüyəcəklər” abidəsi mədəni irs statusuna malikdir.

Marneuli meriyasını yayımladığı məlumatda qeyd olunub ki, bərpa işlərindən başqa, ətraf ərazidə bir neçə hissəsyə bölünmüş istirahət parkı salınacaq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google