"Milli Hərəkatçılara yox! Zülmə yox!" - lövhələr Marneulidə də yerləşdirilib
„Milli Hərəkata” qarşı banerlər Tbilisidən
sonra Marneulidə də yerləşdirilib.
"Milli Hərəkatçılara yox! Zülmə yox!" – bu Marneulinin 26 may
küçəsində yerləşdirilmiş banerlərdən birinin mesajıdır.
Lövhə Marneulinin girişində, monumental abidə “Yenə
böyüyəcəklər”-in yaxınlığında yerləşdirilib və ona gürcü və
azərbaycan dillərində yazı yerləşdirilib.
Lövhədə Mixeil Saakaşvili, Vano Merabişvili, Baço Axalaiya, Nika
Qvaramiya və başqaları təsvir olunublar.