Bələdiyyə Məclisinin sədr müavini müxalifətin ittihamlarını yalan adlandırır

Marneuli Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani İmir kəndindəki 59 saylı məntəqədən protokolu qaçırması ilə bağlı ittihamları təkzib edir.

“Milli Hərəkat”ın belə ittihamlarını isə yalan və təxribat adlandırıb.

“Demək istəyirəm ki, bu ağ yalandır. Protokolun bütün prosedurlara riayət olunaraq doldurulmasını “Milli Hərəkat”ın üzvünün imzası da təsdiq edir. Əgər yanılmıramsa, adı Raul Bayramovdur. Onu da deyim ki, mənim protokolu qaçırmamla bağlı ittihamlar absurddur. Mən protokolu hamı ilə bərabər gözləyirdim. Protokolu heç cür qaçıra bilməzdim. “Milli Hərəkat”ın özü tərəfindən aqressiya var idi. Ceyhun Qarayev öz kəndində uduzduqlarını qəbul edə bilmədi. Zorakılıq var idi və təxribat törətdi”, - Mamuka Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.

Mamuka Naveriani müşahidəçi qismində məntəqədə olub. İmir sakinləri bu gün etirazlarını bildiriblər və 59 saylı seçki məntəqəsinin ərazisinə toplaşıblar. Onlar “Mişa” deyə şüarlar səsləndiriblər və Mamuka Naverianini onların səslərini oğurlamaqda ittiham ediblər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google