Abazovun vəzifəyə qayıtmaq şansı var ya yox
Temur Abazovun mer öhdəliyi 2018-ci ilin 18 iyununda baş tutan Marneuli bələdiyyə məclisinin iclasında dayandırılıb.
Öhdəliyin dayandırılması nəzərdə tutur ki, Abazov məhkəmə iclası başa çatana kimi və müvafiq olaraq yekun hökm çıxarılana kimi mer vəzifəsinə qayıda bilməz. Əgər məhkəmə Abazova bəraət qazandırarsa o zaman onun vəzifəyə qayıtması məhkəmə qərarı ilə olmalıdı.

Marneulinin keçmiş merinin həbs tədbiri 13 dekabrda dəyişib və o, girov qarşılığında azad olunub.

Abazovun azad olunmasından sonra Marneulidə iki şəkildə məlumat yayıldı. Birinci – keçmiş merin azad olunması onun vəzifəyə təyin olunmasını nəzərdə tutur və ikinci – azadlıqdan sonra Marneulidə mer seçkiləri keçiriləcək.

Qeyd olunmalıdır ki, heç bir məlumat həqiqətə uyğun deyil. Baxmayaraq ki, onu həbsdən azad ediblər məhkəmə iclasları yenə də davam edir və hakimin son qərarı nə zaman çıxaracağı məlum deyil. Seçkilərin keçirilməsi isə məhz yekun qərardan asılıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google