Abazov həbsxanada uzanmış saçı ilə öz səbr bacarığını diqqətə yetirir
Seçkilərdən sonra həbsdən girov qarşılığında azad edilən Temur Abaazov şəxsi instagram səhifəsini yenidən aktivləşdirib. O, salonda çəkilmiş fotosunu yerləşdirib və güman ki, 7 ay ərzində uzanmış, qıvırcıqlaşmış saçlarını kəsdirməyi planlaşdırır.

O, səbr etməyi və daha yaxşı gələcəyi diqqətə yetirib - "əsas səbr etməkdir və hər şey yaxşı olacaq!" - yazır Abazov.



Xatırladaq ki, Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata keçirilən təhqiredici və insanlıqdan kənar yanaşma faktına dair Marneuli merini məhkəmə 14 iyunda həbs edib.

Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 144.3 maddəsinin 2-ci hissəsinin "a" altbəndi ilə və 25,157.1 maddəsinin birinci və ikinci hissələri ilə başlayıb. 2018-ci ilin prezident seçkilərindən sonra o, girov ödəməklə azad olunub.

Abazovun məhkəmə prosesi hələ də davam edir. Abazovun Marneuli merliyi vəzifəsi məhkəmə hökmünə qədər dayandırılıb. O, Marneuli meri vəzifəsini davam etdirəcək ya yox bu məhkəmə qərarına bağlıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები