Meriyadan fərqli olaraq İnfrastruktur Nazirliyi hesab edir ki, "Kənd yığıncaqları" məktəbdə dərs saatlarından kənar keçirilməlidir
“Kənd yığıncağı”na görə dərs prosesi ola
bilsin 20 məktəbfə yenə pozulsun.
Toplantıların siyahısına baxsaq görərik ki,
əksər hallarda görüş yerləri olaraq ictimai məktəblər seçilib.
Dünən Norgüldə baş tutan görüşü xatırlasaq oradakı əhalinin
toplanması əsasən Norgülün ictimai məktəb pedaqoqlarının və
şagirdlərinin hesabına baş tutub.
Dərs prosesinin pozulması haqqında məktəb direktoru heç nə
bilmirmiş. Norgül təhsil müəssisəsi Sereteli ictimai məktəbinin
tərkibinə daxildir. Ancaq erməni dilli sektor üçün ayrı bina
var.
Direktor Marina Macaraşvili görüş haqqında heç nə bilmirdi və
təəccübünü gizlədə bilmədi. Görüş saat 13:00-da məktəbin həyətində
baş tutub. Dərs prosesi isə Macaraşvilinin dediyinə görə qayda ilə
saat 14:30-da bitməlidir.
“Məndən xəbərsiz kimin hüququ var ki, məktəb binasına
daxil olsun. Mənimlə heç kim razılaşmayıb. Nə deməkdir direktordan
xəbərsiz hansısa görüşün keçirilməsi nə deməkdir. Məktəb ərazisinə
daxil olmağa heç kimin hüququ yoxdur, hələ ki, tədris prosesi gedən
zaman” – deyir Sereteli ictimai məktəbinin direktoru
Marina Macaraşvili.
Yaxın dövrdə tədris prosesinin pozulması 20 məktəbdə ola bilər. Bu
məktəblərin sıyahısında Mollaoğlu ictimai məktəbi, Xuldərə, İkinci
Kosalı, Algeti, Baydar, Bəylər, Lejbəddin, Araflı, Şulaver, Aşağı
Saral, İmir, Alaver, Baytallı, Ulaşlı, Qırmızı kənd, Daştəpə,
Yuxarı Qullar, Xocorni və Gülbağ ictimai məktəbləri var. Vaxt isə
belə bölünüb ki, tədris müəssisələrində maksimum 2 və ya 4 dərs
keçiriləcək.
Bu haqda məlumatı isə Marneuli resurs mərkəzin direktoru Kənan
Omarov ilk dəfə bizdən eşidir.
"Yox, yox, əlbəttə oxşar fakt olmayıb, nə biz nə də
müvafiq direktorlar məlumatlandırılmayıb" – deyir
Kənan Omarov.
Meriya müvafiq müəssisələrə niyə xəbərdarlıq etməyib və məktəbdə
dərs prosesinin pozulmamasına dair hansı zəmanətləri var – buna
cavab olaraq meriyanın administrasiya xidmətinin rəhbəri Nino
Dekanoidze təsdiq edir ki, məktəbdə dərs prosesi heç 22 yanvarda
Norgül ictimai məktəbində də pozulmayıb. Onun məlumatına görə isə
Marneulinin mer vəzifəsini yerinə yetirən şəxslər resurs-mərkəzin
direktoru Kənan Omarov arasında ünsiyyət olub.
Biz Omarova yenə zəng vurdu və soruşduq ki, o, məktəbdə keçiriləcək
görüşlə bağlı həqiqətən də kimləsə söhbət edib ya yox. Omarov isə
bu faktı yalan adlandırdı və dedi ki, onunla məktəblərdə görüşlərin
keçirilməsi ilə bağlı heç kim danışmayıb.
Biz təkrar olaraq Marina Macaraşvili ilə də əlaqə saxladıq. Dünənki
ilə müqayisədə onun danışıq tonu və ritorikası dəyişmişdi və
jurnalistin sualına cavab verməyi özünə öhdəlik hesab etmədi.
"Marneuli" radiosu mövcud vəziyyətlə bağlı Gürcüstanın Regional
inkişaf və İnfrastruktur Nazirliyi ilə əlaqə saxladı. Nazirlikdən
izah etdilər ki, meriya və tədris resurs mərkəzi ilə artıq
təsdiqlənmiş görüşlərin qrafikini 24 yanvardan dəyişəcəklər və
görüşün yalnız məktəbdə keçiriləcəyi kəndlərdə yığıncaqlar dərs
prosesi başa çatdırqdan sonra baş tutacaq.