Meriya küçə reklamlarından ildə 60 000 lari götürəcək
Meriya küçə reklamlarından ildə 60 000 lari götürməyi planlaşdırır. Bu barədə məlumat bu gün, 24 yanvar tarixində Bələdiyyə Məclisinin iclasında səsləndirildi. Merin müavini Laşa Lobjanidzenin dediyinə görə, Marneulidə elektron tablolar yerləşdirilə bilər ki, bununla da meriya əlavə gəlir götürə bilər.

“Meriya küçə reklamları ilə bağlı bir neçə il öncə qaydalar qəbul etmişdi və lisenziyanın müddəti üç il idi. Lakin biz hesab edirik ki, reklam bazarında mövcud olan şirkətlər üçün 15 illik lisenziya daha məqsədəuyğundur. Küçə reklamlarından meriya vergi qismində ildə 60 000 lariyədək vəsait əldə edər və müxtəlif layihələrin həyata keeçirilməsi üçün əlavə vəsaitimiz olar”, – Laşa Lobjanidze bildirir.

24 yanvar tarixində Bələdiyyə Məclisinin iclasında cəmi 9 məsələ müzakirə olundu və bu məsələlərlə bağlı müsbət qərarlar verildi. Daha ətraflı “Facebook” səhifəmizdə yayımlanmış videodan məlumat ala bilərsiniz.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები