Tseretelidə kənd yığıncağında iştirak üçün dünyasını dəyişmiş şəxslər də imza atıblar
Kənd yığıncağında iştirak etmək üçün ölülərə əvvəlcədən imza atdırıblar. Ölənləri təsadüfən xatırlamırıq və məsələ 21 yanvarda Sereteli kəndində pozulan kənd yığıncağına aiddir, yığıncaq əhali sayının az olmasına görə ləğv olunub.

"Marneuli" Radiosu yığıncağa “getmiş əhalinin” əvvəlcədən toplanmış imzalarının şəklini çəkib. Bizdə siyahının ancaq sonuncu səhifəsi var və ondan məlum olur ki, 2 nəfər illərdir ki, artıq dünyasını dəyişib. Ancaq onların imzaları yenə də qeydə alınıb. Bu faktı hüquqşünas Giorgi Mumladze saxtalaşdırma cəhdi ilə əlaqələndirir və deyir ki, ehtimalla yetərli say olsun deyə istifadə ediblər və aydındır ki, bu meriyanın şəffaflığına sual işarəsi qoyur.

“Bu hüquqi baxımdan ümumiyyətlə qəbuledilməzdir. Biz deyəndə ki, büdcəni vətəndaşlar istifadə etməlidir, biz burada sağ insanlardan danışırıq ölülərdən deyil. İkinci məsələ odur ki, bu göstəricilər kimdədir və niyə? Niyə hansısa qrup adamlarda ölmüş insanların şəxsi nömrələri, ad, soyadları var. Burada artıq konkret mqəsəddən söhbət gedir ki, yığıncağın həcmini artırsınlar. Bu göstəricilərlər manipulyasiyanın baş verməsini istəyirlərmiş. Tamamilə qəbuledilməz və qeyri-etikdir ki, ölülərdən kiçik maraqlar üçün istifadə edirlər. Onların ailə üzvlərinə nə deyirik, bu ki, təhqirdir, faciədir” – deyir Giorgi Mumladze.

İştirakçıların siyahısı kənd müvəkkili administrasiyasının əməkdaşında idi və o, 21 yanvarda bizimlə söhbət zamanı bildirdi ki, sakinlərə “kənd yığıncağı” haqqında əvvəlki gündən məlumat verilib və imza atdırılıb. Ancaq sual yaranır ki, ölmüş adama necə və nə cür imza atdırıblar. Fakt isə odur ki, Tseretelidə 200 adamdan kənd yığıncağına 70 nəfərə qədər sakin çıxara biliblər.

Mövzu ilə bağlı "Marneuli" Radiosu işləyir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები