Marneulidə 7 qızılcaya yoluxma halı qeydə alınıb
Marneuli bələdiyyəsində 7 qızılcaya yoluxma halı qeydə alınıb. Xəstəliklərin Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze izah edir ki, qızılca həddi-buluğa çatmış şəxslərdə qeydə alınıb.

“Qızılca ilə bağlı peyvəndləmə çox yaxşı davam edir. Məktəblər, uşaq bağçaları artıq peyvəndə görə müraciət ediblər. Vətəndaşların müraciəti də artıb. Çətinliklər hələ ki, yoxdur. Düşünürəm ki, rayonda qızılcanın böyük halları ona görə yoxdur ki, 2008-ci ildə əhalinin 92%-ni peyvəndlədik” - deyir Eter Laperadze.

Laperadze deyir ki, bələdiyyənin virusa qarşı vaksin problemi yoxdur və əhalini peyvənd vurdurmağa çağırır.
Peyvənd vurdurmaq üçün kənd laboratoriyalarına müraciət etməlisiniz.

Xəstəliklərin Nəzarət Mərkəzinin məlumatına görə, Gürcüstanda qızılca epidemiyasının partlayışıdır. Bir yanvardan 18 yanvara qədər Gürcüstanda qızılcaya dair 335 hal qeydə alınıb.

Qızılcanın mənbəyi xəstəliyə yoluxmuş adamdır. Bu xüsusən xəstəliyə yeni yoluxan zaman təhlükəlidir. Virus inkubasiyası dövründən infeksiyaya yoluxma müddəti 7-18 günü təşkil edir. İnfeksiya ötürənlər səpkilərin başlamasından 4 gün ərzində olanlar hesab edilir. Bundan əlavə virusun yüksək qəbul edilmə xarakteri də var. 24 saatlıq ünsiyyət dövründə infeksiyanı qəbul edənlərin 40%, 48 saatlıq ünsiyyət dövründə isə 60%, 72 saatlıq ünsiyyət dövründə 80% xəstəliyə yoluxur.

Qızılcanın tipik halı olduqca ciddi başlayır, temperatur qalxır, simptomlardan təqribən 2-3 gün sonra ağız boşluğunda yumru, ağ səpkilər əmələ gələ bilir. 5- 6 gün sonra isə xəstənin bədənində səpkilər görsənir. Ancaq insan nə qədər yaşlıdırsa bir o qədər simptomları keçirmək çətin olur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები