Bələdiyyə sədri Nərimanovun abidəsinin götürülməsi məsələsinə rəy bildirib

“Bir neçə gün əvvəl məlumat yayıldı ki, Nəriman Nərimanovun abidəsinin demontajı planlaşdırılır və bu həqiqətə uyğun deyil”.

Bu bəyanatı Marneuli bələdiyyə məclisinin sədri 8 fevral tarixində baş tutan bələdiyyə məclisinin iclası başlayana qədər verib. Amiran Qiorqadze qeyd edib ki, abidənin köçürülməsi haqqında nə bələdiyyə məclisində nə də meriyada söhbət olmayıb.

“Hər birinizi, deputatları çağırıram ki, əgər sizin icmalarınızda bu haqda söhbət olarsa əhaliyə düzgün məlumat verin və çox xahiş edirəm bu məsələyə diqqət edin” - deyri Amiran Qiorqadze.

Nəriman Nərimanovun abidəsi Mədəniyyət Evinin ətraf ərazisində durur. Abidənin köçürülməsi haqqında bir neçə həftə əvvəl məlumat yayılıb. Vətəndaşların bir qrupu Mədəniyyət Evinə Nərimanovun, digər qrupu isə parka Kostavanın adının verilməsini istəyirdi.

Nəriman Nərimanov azərbaycanlı yazıçı, ictimaiyyətçi və siyasi xadim, sovet Şurası zamanında xalq komissarları şurasının ilk sədri olub.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია