Meriya iki kompüter almaq üçün 7 249 larilik tender elan edib
Marneuli
meriyası iki fərdi kompüterin alınması üçün 7 249 larilik tender
elan edib.
Meriyadan bildirirlər ki, bir kompüter ehtiyacdan dolayı
ictimaiyyətlə əlaqələr şöbəsinə veriləcək. Həmin kompüterlə onlar
video materiallar və qrafik işləri yerinə yetirəcəklər. İkinci
kompüter maliyyə büdcə xidmətinə veriləcək. Vüqar Məmmədov deyir
ki, yeni kompüterin alınması göstəricilərin gücləndirilməsinə görə
lazım olub.
“Biz mühasibat proqramından dolayı böyük yaddaşı olan
kompüterə ehtiyac duyuruq. Elektron proqram almışıq və köhnə
kompüterdə yaxşı çalışmır, böyük vaxt itiririk” –
Vüqar Məmmədov deyir.
Tenderdə təkliflərin qəbulu 24 fevralda olacaq və tenderdə 26
fevrala qədər iştirak etmək mümkündür.