EMC Marneuli meriyasına qarşı hüquqi davaya başlaya bilər
İnsan Hüquqlarının Tədris və Monitorinq Mərkəzi (EMC) Marneuli meriyasına qarşı hüquqi davaya başlaya bilər. Bu haqda məlumat "Marneuli" radiosunun efirində yayımlanan sujetdən sonra yayılıb. Sujet 2 oktyabrdan sonra meriyanın rəsmi facebook səhifəsində azərbaycan dilinə tərcümə olunmayan məlumatın olmaması ilə bağlı idi.

Bizimlə söhbət zamanı EMC-nın bərabərlik proqramı layihəsinin rəhbəri Tamta Mikeladzenin dediyinə görə bələdiyyənin öz əhalisinə çoxetniklikdən dolayı onların başa düşdüyü dildə məlumat vermək öhdəliyi var. Bunun yerinə yetirilməməsi Mikeladzenin sözlərinə görə inteqrasiya problemi yaradır.

“Mən düşünürəm ki, məhz etnik azlıq qruplarının təcrid olunmasına bu səbəb olur. Belə çıxır ki, dövlət onlarla danışmır, dövlət onları gedən siyasət haqqında məlumatla təmin etmir. Bu da aydındır ki, rayonda təcrid olmanın və inteqrasiya probleminin yaranmasına səbəb olur” - Mikeladze deyir.

Vətəndaşlar üçün azərbaycan dilinə tərcümə olunmuş yeniliklər və bəyanatların yayımlanmamasını yerlilər də görür və bu ehtiyacdan danışırlar.

Tamta Mikeladze azlıqların dilində ictimai məlumatın verilməsi ilə bağlı problemi də diqqətə yetirir.

“Dövlət dili haqqında qanunun 24-cü maddəsinə əsasən ictimai məlumat üçün ayrılmış bəyanatlar, mesajlar və.s. dövlət dilində yerinə yetirilməlidir. Ancaq kompakt şəkildə milli azlıqların məskunlaşdığı bələdiyyələrdə milli azlıqların mövzusunda yerinə yetirilməlidir. Milli azlıqların müdafiəsi konvensiyası da bələdiyyələrə öhdəlik qoyur ki, azlıq nümayəndələrinin çox məskunlaşdığı yerlərdə mümkün olduğu qədər inzibati orqanlar və vətəndaşlar arasında ünsiyyətin azlıqların dilində istifadə olunması üçün şərait yaratsınlar” – Mikeladze deyir.

Mikeladze deyir Marneuli meriyası ilə görüş planlaşdırırlar ki, bizim ölkədə olan və onların yerinə yetirmə öhdəliyi olan standartları paylaşsınlar.


Milli azlıqların mühafizəsi haqqında Çərçivə konvensiyasının 10-cu maddəsinə əsasən:

1. Tərəflər öhdəlik götürürlər ki, milli azlıqlara aid olan bütün şəxslərin azad və hər hansı müdaxilə olmadan, öz azlıq dilindən şəxsi və ictimai, şifahi və yazılı şəkildə istifadə etmək hüququ var;

2. Ənənəvi olaraq və ya böyük miqdarda milli azlıqlara aid olan şəxslərin yaşadığı yerlərdə, həmin şəxslər tələb edərsə və həmin tələb real ehtiyaca cavab verərsə, tərəflər mümkün olduğu qədər təmin etməyə çalışacaqlar ki, həmin şəxslərlə inzibati orqanlar arasındankı münasibətlərdə azlıqların dilindən istifadə mümkün olsun.

Dövlət dili haqqında qanun

9-cu maddənin 3-cü hissəsi: milli azlıq nümayəndələrinin sıx məskunlaşdığı bələdiyyələtdə dövlət milli azlıqlara aid olan şəxsin dövlət və yerli özünüidarə orqanları ilə tərcüməçinin köməyi ilə həmin milli azlıqların dilində ünsiyyəti təmin edir.
Həmçinin: 11-ci maddənin 4-cü hissəsi: milli azlıqların sıx məskunlaşdığı bələdiyyələrdə dövlət və yerli özünüidarə orqanları Gürcüstanın ümumi inzibati məcəlləsi ilə nəzərdə tutulduğundan fərqli qayda müəyyən etmək səlahiyyətinə malikdirlər. Qayda lazım olan halda milli azlıqlara aid olan şəxs tərəfindən yerli özünüidarəetmə orqanına həmin milli azlığın dilində təqdim edilmiş ərizənin, şikayətin, ona verilən cavabın təcüməsini nəzərdə tutur. Beləliklə, yalnız müvafiq mətnin originalının rəsmi gücü var.
12-ci maddənin 2-ci hissəsi – milli azlıqların məskunlaşdığı bələdiyyələrdə yerli özünüidarə orqanı, lazım olan halda qəbul etdikləri normativ aktı azlıqların dilinə tərcümə etməlidir. Belə ki, yalnız müvafiq mətnin originalı rəsmi gücə malikdir.
Maddə 13. Hüququn dili.

Gürcüstan konstitusiyası və prosessual qanunvericiliyə əsasən hüquq dövlət dilində həyata keçirilir. Dövlət dilini bilməyən şəxsə tərcüməçi təyin olunacaq.

Maddə 24. İctimai məlumatlandırma dili
İctimai məlumatlandırma üçün ayrılmış ərizələr, mesajlar, başlıq yazıları, plakatlar, lövhələr, reklamlar və başqa vizual məlumat daşıyan mətnlər dövlət dilində yerinə yetirilir. Lazım olan halda müvafiq məlumat qeyri-dövlət dilində də qeyd oluna bilər. Milli azlıq nümayəndələrinin məskunlaşdığı bələdiyyələrdə isə həmçinin, milli azlıqların dilində qeyd olunmalıdır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები