EMC - Marneulidə ictimai məmurlar tərəfindən nifrət dilindən istifadə halları ilə bağlı Xalq Müdafiəçisinə müraciət ediblər
İnsan Hüquqlarının Tədris və Monitorinq Mərkəzi (EMC) mülki aktivist Samirə Bayramovanın adı ilə Gürcüstan Xalq Müdafiəçisində müraciət edib. Müraciətin əsası Marneuli bələdiyyəsində ictimai sektorda işlə təmin olunan şəxslər tərəfindən sosial şəbəkələrdə ksenofobiya dilindən istifadə etmə faktıdır və diskriminasiya ilə mübarizə mandatı çərçivəsində Xalq Müdafiəçisindən nifrət dili və diskriminasiyanın aradan qaldırılması məqsədi ilə ümumi rekomendasiya verməsini tələb edir.

Marneulidə fəaliyyət göstərən “Mədəniyyət Mərkəzinin” adı ilə bağlı, son dövrdə şəhərdə aktiv müzakirələr gedir. Yerli azərbaycanlılar Mədəniyyət Evinə onların ictimai xadiminin adının verilməsini tələb edirlər. Bu onlar üçün öz identifikasiyalarını, mədəniyyətlərini qorumaq və saxlamaq məsələsidir. Gedən müzakirələrin kontekstində yerli aktivist və illər ərzində aktiv şəkildə regionda demokratya, etnik azlıqlar, qadınların müdafisəi baxımından çalışan Samirə Bayramova öz facebook səhifəsində Mədəniyyət Evinin fəaliyyəti ilə bağlı tənqidi paylaşım edib və qeyd edib ki, bu müəssisədən yerli mədəniyyətin göstərilməsi və qorunmasına dəstək verilmir. Samirə Bayramovaya ictimai düşünənlər sosial şəbəkədə rəy bildiriblər. Mədəniyyət Evinin direktoru, Marneuli meriyasının əməkdaşı və yerli ictimai məktəb müəllimi öz müzakirəsində açıq şəkildə nifrət dilindən istifadə ediblər. İctimai məmurlardan həmçinin sonrakı frazalar eşidilirdi: “Gürcüstan xoşuna gəlmir? Nə etməli olduğunu bilirsən də? Bura Gürcüstandaır bunun əhəmiyyətini unutma... Kimin Gürcüstan xoşuna gəlmirsə hara xoşuna gəlir oraya getsin, bizim problemimiz yoxdur”, Samirə xanım sizin kimi düşünənlər çoxdursa yeriniz haradadır oraya buyura bilərsiniz və onları da özünüzlə aparın! Bəlkə bizim ölkənin yükü bir az azala!!! Bu qədər həyasızlığı götürmək artıq mümkün deyil!!! Bura Gürcüstandır, gürcülərin ölkəsi, onlar sizə hörmət edirlər və qiymətləndirirlər! Nəisə xoşunuza gəlmir? Buyurun gedin!

EMC hesab edir ki, ictimai məmurlar tərəfindən Gürcüstan vətəndaşı olan etnik azlıqlara qarşı bu kimi yanaşma və ictimai bəyanatar inkluziv dövlətin və bərabərlik prinsipini pozur, qeyri-dominant etnik/dini qrupların ayrı-seçkiliyinə və təcrid edilməsinə dəstək olur. Bu kimi bəyanatların yayılması xüsusilə etnik azlıqların məskunlaşdığı regionlarda çalışan ictimai məmurlar tərəfindən qəbuledilməzdir. Onlar siyasəti planlaşdıranda və həyata keçirəndə bərabərlik prinsipini qorumaq məcburiyyətindədirlər, eləcə də etnik azlıqların inteqrasiyası, identliyi və hüquqlarına dəstək üçün əlavə müsbət ölçülər götürməlidirlər.

EMC diskriminasiyanın bütün formalarını aradan qaldırmaq haqqında qanuna əsasən Xalq Müdafiəçisindən xahiş edib ki, məsələni araşdırsın və relevant müəssisə tərəfindən nifrətin dilindən istifadə etmənin aradan qaldırılması və xüsusi anti-diskriminasiya xarakterli, müsbət tədbirlərin keçirilməsi haqqında ümumi tövsiyyələr versin.

EMC hesab edir ki, xüsusilə etnik azlıqların məskunlaşdığı regionlarda ictimai xidmətin bərabərlik, insan hüquqalrının qorunmasının yüksək standartları və etikanın qane edilməsi vacibdir, çünki ictimai məmurlar tərəfindən ksenofobiya məzmunlu çıxışlar və təsvirlər ədalətli, plural və bərbər cəmiyyətin və dövlətin qurulması prosesini olduqca mümkünsüz edir. Ölkənin əsas siyasi və ədlətli sənədlərlə və eləcə də beynəlxalq müqavilələrlə Gürcüstan dövləti tərəfindən bəyan edilib.

Marneuli şəhərinin qeyri-istehsal (qeyri-kommeriya) hüquqi şəxsi, Marneuli bələdiyyəsinin Mədəniyyət klubu, kitabxana, musiqi və muzey birliyi olan “Mədəniyyət Mərkəzi” Marneuli bələdiyyəsi tərəfindən təsis edilib və yerli büdcədən maliyyələşir və təşkilatın direktorunu Marneuli bələdiyyəsinin icra başçısı təyin edir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები