Merliyə müstəqil namizəd Marneuli seçki dairə komissiyasını qeydiyyatda ona maneçilik etməkdə ittiham edir
Əli Bədirov
Marneuli seçki dairəsini merliyə müstəqil namizəd olaraq qeydiyyat
olmaqda ona maneçilikdə ittiham edir.
Qeyd
olunan məlumatı Bədirov öz facebook səhifəsində yayımlayıb və
müxtəlif QHT-ə yardım üçün müraciət edib. Bizimlə söhbət zamanı Əli
Bədirov deyir ki, Marneuli seçki dairəsi onun imzaların
toplanmasına cavabdeh olması faktına qarşıdır.
“Mənim imzam çox yerdə var. Yəni mən cavabdehəm ki,
imzalar düzgün tərtib olunub, mənim imzamın olması hansısa pozuntu
deyil. Orada hesablama prosesində mənim təşəbbüs qrupumun üzvü
iştirak edirdi və ona deyiblər ki, bunu hesab edə bilmərik,
müstəqil namizədin imza atmağa hüququ yoxdur. Tələb edirəm ki,
bunun yazıldığı hansısa sənədi mənə göstərsinlər. Həqiqətdə bu
pozuntu deyil və buna görə məni
məhdudlaşdırmamalıdırlar” - Əli Bədirov deyir.
Qeyd olunan faktla bağlı görünür ki, Marneuli seçki dairəsi
komissiyasının sədri Koba Asanidze mövqeyini dəyişib və deyri ki,
Əli Bədirovun təşəbbüs qrupunun imzalarını qəbul edəcəklər, ancaq
qanunvericiliklə nəzərə alınıb ki, yalnız təşəbbüs qrupunun
imzalarını qəbul edəcəklər, ancaq MSK imzalara cavabdeh olan şəxs
olaraq namizədin özünü də istisna etmir.
“Qanunla imzalara cavabdeh şəxs təşəbbüs qrupunun
üzvləridir, namizəd deyil, amma bir halda ki, başqa dairələrdə belə
hallar qeydə alınıb, biz bu imzaları qəbul edirik. Heç bir problem
olmayacaq, siyahılar qəbul olunub, yetərli sayda imza gətiriblər,
yoxlanılır və hansısa səhv qeydə alınarsa, iki gün vaxt verəcəyik
ki, səhvi düzəltsinlər və sonra qeydiyyat olacaq. Niyə problem
yaradırlar. Hansısa qaynar xəttə və radioya zəng vurana kimi mənə
zəng vura bilərlər və hər şeyi izah edərəm”, – İakob
Asanidze deyir.
Bədirov onu da qeyd edir ki, onun çox tərəfdarlarını qorxudublar,
ancaq bunun arxasında kimin durduğu haqda hələ danışma istəmir,
amma əminliklə deyir ki, onun müstqəil namizəd olaraq gəlməsi
qaçılmazdır.
Bədirov hələlik Marneuli meri olmaq istəyən yeganə müstəqil
namizəddir. Növbədən kənar mer seçkiləri 19 mayda baş tutacaq.