""Socar" şirkəti təhsil haqqını
ödəyəcək lakin gecikmələr səbəbindən tələbələr gözləməli
olacaqlar" - bu barədə məlumatı Socarın Gürcüstan
nümayəndəliyindən verdilər.
Təhsil haqqın ödənməməsi ali məktəblərdə təhsil alan tələbələrin
narahatçılığına səbəb olub.
Gürcüstanın Dövlət Universitetlərində təhsil alan tələbələrin
“Marneuli” radiosuna müraciəti əsasında təhsil haqqının
ödənməməsinin səbəblərini aydınlaşdırmaq məqsədilə SOCAR neft
şirkətinin Gürcüstan nümayəndəliyi ilə əlaqə saxladıq.
Adının çəkilməsini istəmiyən şirkət nümayyəndəsi
bildirdi ki, "Biz əmr
gözləyirik, dəqiq bir məlumat yoxdur. Məlumat olan kimi özümüz
xəbər edirik. Azərbycandakı rəhbərlikdən əmr gözləyirik. Nə vaxt
məlumat olsa artıq sənədləri yığmağa başlayırıq. Gecikmə olur,
birinci semestrdə də gecikmə oldu ödənməmə ehtimalı
yoxdur" - şirkətdən bildirdilər.
Onu da qeyd edək ki, ötən semestrdə də ödənişlərdə gecikmələr
olmuşdu.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR 2007-2008-ci
tədris ilindən etibarən Gürcüstan ali məktəblərində təhsil alan
azərbaycanlı (Gürcüstan azərbaycanlıları) tələbələrin təhsil
haqlarını ödəyir.