Direktor əvəzediciləri rəsmi olaraq direktor əvəzedicisi təyin olundular
Marneulinin məktəblərinə yeni direktor əvəzedicisi təyin olunub. Bu haqda məlumatı Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov verdi.


Onun sözlərinə görə, Candar və Bəylər kəndlərində yerləşən ictimai məkəblərdə direktor vəzifəsi qeyri-rəsmi şəkildə diketor əvəzedicisi tərəfindən icra olunurdu. Candar kəndinə direktor vəzifəsini Vüsal Bayramov, Bəylər kəndində isə Zamir İbrahimov əvəz edirdi. Daha əvvəl məktəbi qeyri-rəsmi şəkildə idarə edən şəxslər dəyişməyərək qalmaqdadır. Lakin Vüsal Bayramov və Zamir İbrahimov hal-hazırda öz vəzifələrində rəsmi şəkildə təyin olunublar.

Kənan Ömərov onu da qeyd etdi ki, əvəzedicilər daha əvvəl maaşsız şəkildə işləyirdilər, vəzifələri rəsmi şəkildə dövlət tərəfindən təsdiqləndikdən sonra onlar maaş alacaqlar. Onun sözlərinə görə, yaxın günlərdə Təhsil Nazirliyinin qərarı ilə direktoru olmayan bütün məktəblərə sertifikatlı direktorlar təyin olunacaq.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Candar, Bəylər, Kürtlər, Tsopi, Ağqula, Ağ körpü və Algeti 2 saylı ictimai məktəblərinin direktorları yoxdur. İllərdir ki, həmin məktəblərdə nizam-intizam işlərini direktorun əvəzedicisi həyata keçirir.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია