GAK-ın sədri Təhsil Nazirliyinin təqaüd yaşına çatmış pedaqoqlarla bağlı qərarını mənfi dəyərləndirir
Gürcüstan Azərbaycanlıları Konqresinın sədri Hüseyn Yusubov Təhsil Nazirliyinin təqaüd yaşına çatmış pedaqoqlarla bağlı qərarını mənfi dəyərləndirdiyini bildirdi. Təhsil Nazirliyinin qərarına əsasən əmək haqqı yaşına çatmış müəllimlər gürcü dilində sertifikat imtahanı verməlidirlər.

İmtahan vermədikləri təqdirdə və ya kəsildiyi halda iki illik əmək haqqı alacaqlar və onları gənc kadrlar əvəz edəcək. Yusubovun sözlərinə görə, dövlət dilini bilmək hər bir vətəndaşın borcudur, lakin Gürcüstanda yaşamaqla yanaşı etnik azərbaycanlılar öz tarixlərini, mədəni irslərini qorumalı və bu haqda məlumatlı olmalıdırlar. Bu səbəbdən tədricən məktəblərin Azərbaycan dilli deyil, gürcü dilli olması, pedaqoqların gənc kadrlarla əvəz edilməsi gənclər üçün çətin keçid olacaq. Gələcək gənclik öz tarixi keçmişi barədə məlumatsız olacaq. Hüseyn Yusubov onu da əlavə etdi ki, lazımi orqanlara yazılı şəkildə müraciət edərək təqaüdə çıxacaq pedaqoqların yerinə yetərli kadrlar gələnə qədər bu müddətin uzadılması fikrini irəli sürüb.

Qeyd edək ki, Dövlət mükafat olaraq əmək haqqının verilməsinə 2019-cu ilin sentyabrından başlayacaq. Pedaqoqlar imtahan əvəzinə iki illik əmək haqqı almağı istəyib-istəmədiklərini 2019-cu ilin sonuna qədər bildirməlidirlər.


Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google