"Bizim siyasi mübarizəmiz xalqın qələbəsidir" - Aqil Mustafayev
"Bizim siyasi mübarizəmiz xalqın
qələbəsidir" - Bu sözləri Birləşmiş müxalifət “Güc
birlikdədir”-in mer vəzifəsinə keçmiş namizədi Aqil Mustafayev
Marneuli radiosu ilə söhbəti zamanı dedi.
Onun sözlərinə görə, hər nə qədər seçkilərdə “Gürcü Arzusu” qalib
gəlsə də, hakimiyyət yıxılana kimi onlar öz siyasi mübarizələrini
davam etdirəcəklər. Mustafayev onu da qeyd etdi ki, artıq 7 ildir
ki, siyasətə qoşulub və bu müddət ərzində xalqa verilən vədlər və
siyasi planlar dəyişməz olaraq qalmaqdadır.
Aqil Mustafayevin sözlərinə görə, irəlidə parlament seçkiləri var
və “Vahid Milli Hərəkat” partiyası ona ictimaiyyətə çıxaraq
partiyanı təmsil etməsini təklif edərsə, buna hazırdır.
Qeyd edək ki, “Vahid Milli Hərəkat – Birləşmiş müxalifət”in
növbədənkənar mer seçkilərində namizədi olan Aqil Mustafayev 4 106
nəfər seçicinin etimadını qazanaraq 11.49% səs toplamış və 2-ci
yerdə qərarlaşmışdı.
“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın namizədi Zaur Darğallı isə
seçicilərin 78.6%-nin etimadını qazanaraq qalib
gəlmişdi.