“Bu yolun son stansiyası”nın növbəti dayanacağı Bolnisi rayonudur
“Bu yolun son stansiyası” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğlu Marneuli radiosu ilə söhbəti zamanı tamaşanın 10 iyun saat 18:00-da Bolnisi mədəniyyət evində baş tutacağı haqqında məlumat verdi.

Onun sözlərinə görə, tamaşa Bolnisi rayonunda daha əvvəl azərbaycan dilində səhnələşdirilmişdi. Daha sonra isə Bolnisi majoritar deputatı Qoqi Meşvelianinin müraciəti əsasında “Bu yolun son stansiyası” gürcü tamaşaçılarının görüşünə gedəcək. Anar Rafiqoğlunun sözlərinə görə, tamaşanın Azərbaycan dilində nümayiş olunduğu rayonlarda tələbat olduğu halda dövlət dilində də səhnələşdiriləcək. O, onu da qeyd etdi ki, gələcəkdə tamaşanı Marneuli rayonunda da gürcü dilində nümayiş etdirməyi planlaşdırır.

“Bu yolun son stansiyası” tamaşası həmçinin Dmanisi rayonunda yaxın zamanlarda tamaşaçılarını sevindirəcək.
“Dmanisi ucqar rayondur və sakinləri istədikləri zaman paytaxta gəlib teatrlarda tamaşaları izləyə bilmirlər. Əgər onlar gələ bilmirsə, o zaman biz gedərik”, – deyə Rafiqoğlu bildirdi.

Qeyd edək ki, Bolnisi rayonunda baş tutacaq tamaşanın maliyyə dəstəyini Bolnisi bələdiyyəsi həyata keçirir.

Xatırladaq ki, "Bu yolun son stansiyası" tamaşasının əsas mövzusu insanların zərərli vərdişləri və narkomaniya haqqındadır.

Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.

Tamaşada iştirak edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Səma Sadiq və Sali Omarova.

Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm
FaceBook Twitter Google