"Qadın ictimaiyyətin incə bir varlığıdır, hansı ki, cəmiyyəti yaşamağa həvəsləndirir" - deputat qadına qarşı zorakılığa münasibət bildirdi
Son zamanlar Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdə qadına qarşı şiddət və zorakılıqlar baş verir.

Laqodexidə baş verən hadisə zamanı 16 yaşlı qıza qarşı 40 yaşlı İ.B tərəfindən zorakılıq tətbiq olunmuş və məktəbli özü də bilmədən uşaq dünyaya gətirmişdi. Daha bir zorlama hadisəsi isə Saqarecoda 24 yaşlı kişi tərəfindən 14 yaşlı qıza qarşı törədilmişdi.

Bu faktlarla bağlı araşdırmalara isə hadisələrin mətbuat tərəfindən işıqlandırılmasından sonra başlandı.

Belə hadisələr yaşından asılı olmayaraq bütün cəmiyyətdə hər kəsin qınaq obyektinə çevrildi. Zorakılıq hadisələrinin baş verməsi ilə bağlı Marneulidən olan Parlament üzvlərinin fikirləri də təbii ki, hər kəsə maraqlı gəlirdi. Dövlət adamlarının belə bir məsələyə qarşı laqeyd yanaşması, sakit olması cəmiyyətdə birmənalı qarşılanmırdı.
Bu səbəbdən "Marneuli" radiosu Marneulinin majoritar deputatı Ruslan Hacıyevlə əlaqə saxlayaraq onun da bu hadisəyə münasibəti ilə maraqlandı.

Ruslan Hacıyev mövzuya ilk olaraq bu ifadə ilə başladı – "Qadına qarşı şiddət dözülməzdir, qəbul edilməzdir, əlbəttə insan bu fikri qəbul edə bilməz, qadın anadır"

Ruslan Hacıyevin sözlərinə görə, nəinki qadına, cinsiyyətindən asılı olmayaraq kiməsə qarşı zor tətbiq edən hər kəs dövlət orqanları tərəfindən məsuliyyətə cəlb olunmalı və onlara qarşı müvafiq cəzalar tətbiq olunmalıdır. Hacıyev onu da əlavə etdi ki, əgər bir hadisə baş verirsə cinayətkar mütləq ki, cəzasız qalmamalıdır.

Deputatın sözlərinə görə, qadına şiddət tək Gürcüstanda deyil bütün dünyada baş verir, bu istər terror şəklində, istər zorakılıq şəklində və belə olduğu halda sadəcə dövlətin hüquq mühafizə orqanları ciddi şəkildə çalışmalıdır. O, onu da əlavə etdi ki, hüquq mühafizə orqanları hadisə olmazdan əvvəl müəyyən tədbirlər görərək ictimai məsələlərə biganə qalmamalıdır. Ruslan Hacıyev qeyd etdi ki, dövlət orqanları öz işlərini müvafiq şəkildə yerinə yetirir.

Hacıyevin sözlərinə görə, zorakılığa qarşı kəndlərdə də görüşlər keçirmək lazımdır, hadisənin təkrar olmaması üçün çalışmaq lazımdır və bununla bağlı Hacıyev və digər dövlət adamları da maraqlanır.

"İnanıram ki, bunun üzərində daha çox səylər göstərsək cəmiyyət də buna hazır olmalıdır hər zaman QHT-lər bunla məşğul olmalıdır və eləcə də biz, dövlət məmurları da hər zaman hazır olmalıyıq ki, belə hadisələr baş verməsin -
deyə Hacıyev bildirdi

Erkən evlilik mövzusuna da toxunan Hacıyev son illərdə Kvemo Kartlidə erkən evlilik probleminin aradan qaldırıldığını və bu göstəricinin azaldığını dedi.

Sonda o, qeyd etdi ki, bu hadisə Marneulidə, eləcə də kəndlərdə böyük hiddət yaratdı. Onun sözlərinə görə, heç bir insana, ən əsası da qadına əl qaldırılmamalıdır, qadın anamız, bacımızdır. Qadın ictimaiyyətin incə bir varlığıdır, hansı ki, cəmiyyəti yaşamağa həvəsləndirir.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია