Nurayın cehizlik xərcləri
Hər
bir xalqın özünə məxsus toy adət-ənənələri var. İllər keçsə də bu
adətlər qorunur və yeni nəsil tərəfindən davam
etdirilir.
Ən qədim toy adətlərindən biri gəlinə verilən cehizlərdir. Hansı
ki, illər kesçsədə bu adətlər dəyişməz olaraq qalmaqdadır. Keçmişə
nəzər yetirsək görərik ki, nənələr qızları gəlin köçəndə cehiz
olaraq daha çox yorğan-döşək, ipək parçalara üstünlük verərdilər.
Zaman keçdikcə gəlin gedən qızlara verilən cehiz adətləri daha da
genişlənməyə başladı. Belə ki, indi analar, nənələr qızlarına daha
dəyərli, dəbdəbəli, göstərişli cehizlər alırlar. Toy etməklə yanaşı
cehiz vermək maddi cəhətdən bir çox çətinliklər yaradır.
Bəs Marneulidə gənc qızlar cehizə nə qədər pul xərcləyir maraqlı
oldu. Bu səbəbdən Marneuli radiosu olaraq evlənməyə hazırlaşan gənc
qızın ümumi xərcini hesablayaraq toya eləcə də cehizə nə qədər
xərci çıxdığını soruşduq.
Nuray Marneulidə yaşayır, onun 21 yaşı var və 1 ildir ki,
nişanlıdır. Cehiz xərclərindən əlavə Nurayın nişanlı olduğu
zamanlar da xərci az çıxmayıb. Onun sözlərinə görə nişan
mərasiminin başa gəlməsi üçün 5000 lari xərcləyiblər. Ayrıca
nişanlı olduğu müddətdə hər iki ailə və qohumların bayram
ziyarətlərində bir araya gəlməsi, xüsusi günlərdə hədiyyələrin
alınması olduqca baha başa gəlib. Nuray deyir ki, nişanlısının ad
günündə onlar qızıl zinət əşyası və həmçinin müxtəlif xonçalar
hazırlayaraq oğlan evinə göndəriblər bu isə 1500 lariyə başa
gəlib.
Cehiz xərclərindən danışan Nurayın sözlərinə görə, ən bahalı cehizi
mətbəx mebelidir hansı ki, təkcə mebelə 3000 lari məbləğində pul
xərcləyiblər.
Mətbəxdə istifadə edəcəyi əşyalara isə ümumilikdə 3500 lari
xərcləyib. Mətbəx əşyalarının içərisində aldığı ən bahalı əşya 900
lariyə aldığı elektrikli paltar yuyan maşındır, ən ucuz əşyası isə
350 lariyə aldığı elektrikli ətçəkən maşındır.
O, cehiz olaraq yataq, qonaq dəsti, yumuşaq mebel (divan, kreslo),
yorğan, döşək, texniki avadanlıqlar (tozsoran, televizor, mikser,
blendr, şirə çəkən və s.) Nuray deyir ki, bu günə qədər ümumilikdə
6500-6700 lari dəyərində xərci çıxıb.
Nuray bildirdi ki, 2020-ci ildə toyu olacaq və cehiz xərclərindən
əlavə olaraq toy hazırlıqları başlayacaq. O, deyir ki, nışanlısının
valideyinləri də toy xərclərinə kömək edəcəklər. O, toyunda sadə
görünüşə üstünlük verəcək. Nurayın sözlərinə görə, gəlinlik donunu
balıq modeli geyinəcək, sadə makiaj və saç düzümündən istifadə
edəcək. Bunların isə hansı məbləğə başa gələcəyindən
xəbərsizdir.
Sonda Nuray onu da qeyd etdi ki, bir toyun chiz daxil ərsəyə
gəlməsinə 15-20 000 lari lazım gəlir.