Marneulidə “Zrda Activity” proqramı çərçivəsində “Gənc sahibkar ol” adlı layihənin təlimləri keçiriləcək
"RDFG" təşkilatının USAİD-in “Zrda Activity” proqramı çərçivəsində həyata keçirdiyi “Gənc sahibkar ol” adlı layihəsinin təlimləri 21, 22 və 23 iyun tarixlərində baş tutacaq.

Təlimlər Marneuli ilə birlikdə 9 bölgə üçün nəzərdə tutulub. Biznes layihəsi gənclərin biznes sahəsində inkişafı və iş təcrübəsini əhatə edir. Bunlara turizm, kənd təsərrüfatı, innovasiya və texnologiya, yaradıcı sahələr daxildir. Layihə çərçivəsində gənclərə biznes ideyaların yazılması, ideyaların sahibkarlara təqdim olunması, öz biznesini qurmaq yolları öyrədiləcək. 18 yaşdan 29 yaşa qədər maraqlanan hər kəs biznes layihəsində qeydiyyatdan keçərək təlimlərdə iştirak edə bilərlər.

Layihənin sonunda iyul və avqust aylarında Tbilisi şəhərində 1 həftəlik yay düşərgəsi olacaq və düşərgədən sonra iştirakçılar biznes ideyalar üzərində çalışacaqlar, daha sonra biznes layihələr seçiləcək və 3 nəfər qalib müəyyən olunaraq bəlli bir məbləğlə mükafatlandırılacaq. Təlimlərdə iştirak etmək ödənişsizdir.


Qeyd edək ki, təlimlər Marneuli Mülkü Məşğulluq Mərkəzində (USAİD) keçiriləcək.

Qeydiyyatdan keçmək üçün inkə daxil olun http://rdfg.ge/ka/training/?fbclid=IwAR2OrEoH3RUvSAofsEqmxHxmDb29z6IQR7EyiwFEHyYz7z5QkDEmPD6Ilao
Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია