Gürcüstan Parlamentinin üzvləri Azərbaycanda rəsmi səfərdədirlər
Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze və Parlamentin üzvləri Ruslan Hacıyev, Zviad Dzidziquri, Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Gürcüstan Parlamentinin Ofis rəhbəri Qivi Mikanadze Azərbaycanda Rəsmi səfərdədirlər.

Marneulinin Majoritar deputatı Ruslan Hacıyev "Marneuli" radiosu ilə müsahibəsi zamanı qeyd etdi ki, Azərbaycan və Gürcüstan dost ölkələrdir. Hacıyevin sözlərinə görə, bu səfər hər iki ölkənin inkişafına və ölkələrarası əlaqələrin möhkəmlənməsinə imkan yaradacaq.

"Gürcüstan Parlamentinin sədrinin başcılığı ilə Azərbaycan respublikasına geniş tərkibli rəsmi səfərimiz bu gündən etibarən başlayıb. Səfərin uğurlu və səmərəli olacağına inanırıq. Gürcüstan və Azərbaycan strateji və dost ölkələrdir. Bu səfər əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə təkan verəcəyinə əminəm" - Ruslan Hacıyev dedi.

Qeyd edək ki, İrakli Kobaxidze görüş çərçivəsində Azərbaycanın prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və Baş nazir Novruz Məmmədovla görüşəcək.

Qobaxidze səfər zamanı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google