Marneulinin "divar arxasındakı" sakinləri (FOTO)
Əgər bir dəfə belə Marneulidə olmusunuzsa yəqin ki, Marneulinin mərkəzinə gedənə qədər kilometrlərlə uzanan hasar sizin diqqətinizi çəkib. Qəhvəyi rəngli divar bir növ dairəyə alınmış küçəni də xatırladır və bir tərəfdən həqiqətən də yüzlərlər sakini özündə sığışdırır. Dar küçələr, asfaltsız yol, çox sayda qıfıllı evlər, üzüm talvarları – bunlar həmin “divarın o tərəfində” qarşımıza çıxanlardır.







Əhali özünü heç də təcrid edilmiş hesab etmir və divarı sakitliyi qorumaq rəmzi hesab edirlər.

“Mənim küçəm çox sakitdir, heç bir təhlükə yoxdur. Nə olsun ki, divarın arxasındadır? Divar hər şey demək deyil, bizimlə Marneuli arasını bölən deyil, biz Marneulinin bir hissəsiyik” - Marneulidə Bağdat küçəsində yaşayan sakin deyir.





Burada yaşayan sakinlər deyir ki, divar 50 ildən artıqdır var. Onlar istəyirlər ki, yaxınlıqda kiçik park və istirahət üçün məkan da olsun.









İllər əvvəl tikilmiş divarın bərpası Marneulinin keçmiş meri Temur Abazovun təşəbbüsü ilə keçən il həyata keçirildi.



Marneulinin 4 saylı ictimai məktəbinin ətraf ərazisində olan divar qəza vəziyyətində idi və məktəb şagirdləri və oradan keçənlər üçün təhlükə yaradırdı. Divarın bərpası üçün yerli büdcədən 38 000 lari ayrılıbmış.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები