Marneulinin bəzədilməsinə ötən illə müqayisədə 10 dəfə artıq pul xərclənəcək
Meriya Marneulinin bəzədilməsinə ötən illə
müqayisədə 10 dəfə artıq pul xərcləyəcək.
Misal üçün, ötən il Yeni il üçün bəzək
alınması və şəhərin bəzədilməsi üçün 25 719 lari dəyərində tender
elan olunmuşdusa, bu il eyni məqsədlə elan olunmuş tenderin dəyəri
247 000 lari təşkil edir. Tenderin şərtlərinə görə Marneulidə
2020-ci ili qarşılamaq üçün müxtəlif yerlərdə yeni il çilçıraqları
quraşdırılacaq.
- Fəvvarə və fəvvarənin ətrafının yeni il
işıqları ilə bəzədilməsi.
- Körpünün yeni il işıqları ilə
bəzədilməsi
- Rustaveli küçəsinin yeni il işıqları ilə
bəzədilməsi
- Meriya binasının yeni il işıqları ilə
bəzədilməsi
- Meriya binası qarşısında şam ağacının yeni il
işıqları ilə bəzədilməsi
- Mədəniyyət evinin yeni il işıqları ilə
bəzədilməsi
- Mədəniyyət evinin qarşısındakı parkın yeni il
işıqları ilə bəzədilməsi
Qeyd
edək ki, 2019-cu ili qarşılamaq üçün meriya 55 000 lari xərcləmişdi
ki, buraya da yeni il tədbirləri, yeni il şamının alınması və
şəhərin bəzədilməsi daxil idi. Marneuli meriyasının yeni il
bəzəklərinin alınması üçün vəsaitin təxminən 10 dəfə artırılmasına
nə səbəb olub və bu il hansı xüsusi gözəlliklər təqdim olunacaq?
“Marneuli” radiosu yerli özünüidarədən məsələnin təfərrüatları ilə
bağlı məlumat alan kimi sizlərə təqdim edəcəyik.