Sadaxlı ictimai məktəbi distant (məsafədən) təhsil rejiminə keçməyib
Son zamanlarda sürətlə yayılan koronavirusa görə bir çox məktəblər aprel ayının 1-nə kimi distant təhsil rejiminə keçib.

Buna baxmayaraq, Sadaxlıda yerləşən ictimai məktəblər hələ də distant rejimə keçməyib. 900-dən çox şagirdi olan Sadaxlı 2 saylı ictimai məktəbində şagirdlər bütün təhsil müəssisələrində olduğu kimi tətilə buraxılıblar.

Valideynlərin sözlərin görə, aşağı siniflərdə oxuyan övladları dərsə getməyəndə özlərində məsuliyyət hiss eləmirlər və dərs oxumurlar.

“Mənim övladım dərsə getməyən vaxt məsuliyyət hiss etmir və dərslərini oxumur, bu isə onun təhsilində zəifləməsinə gətirib çıxarır”, – valideyn deyir

Məktəblərdən fərqli olaraq universitetlərdə vəziyyət belə deyil. Universitet tələbələri artıq onlayn dərs rejiminə keçiblər. Universitet tələbələrinin sözlərinə görə, onlar yenə eyni dərsləri eyni gündə, eyni saatda onlayn şəkildə keçirlər.

“Biz əvvəlki kimi bir qayda olaraq eyni cədvəldən istifadə edirik. Həftənin bir günü video görüntü ilə geridə qalan günləri isə elektron poçt vasitəsi ilə keçirik. Beləliklə, heç bir dərsdən geri qalmırıq”, – birinci kurs tələbəsi Eşqin Şəpərəyev deyir.

Qeyd edək ki, yalnız Sadaxlı ictimai məktəbləri deyil, bunlarla yanaşı bir çox məktəblər distant təhsil rejiminə keçməyib.
Müəllif: Aysun Şaparayeva
"Marneuli" Radiosu
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google