“Məsələ ciddidir və bu ciddilikdən irəli gələrək biz bir az ciddi ölçülər götürürük”, – Marneuli meri ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə
Marneuli meriyası tərəfindən 17 mart tarixində qəbul olunmuş qərara əsasən bələdiyyədə hərəkət edən bütün növ ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılıb.
Marneulinin meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı deyib ki, qeyd olunan qərar koronavirusun qarşısının alınması məqsədi ilə verilib.
Tbilisi meriyası da belə qərar qəbul edib. Tbilisidə yalnız bələdiyyə nəqliyyatı hərəkət edir.

“Marneuli” radiosunun Marneuli meriyasının Tbilisinin təcrübəsini nəzərə alması və bələdiyyə nəqliyyatının hərəkətini məhdudlaşdırmaması ilə bağlı sualına Zaur Darğallı cavab verib ki, Marneuli meriyasının balansından olan avtobuslar pis vəziyyətdədir və sürücülər və sərnişinlər arasında məsafə saxlamaq mümkün olmayacaqdı. “Mən bir daha əhalini vacib olmadığı halda evdən çıxmamağa çağırıram. Məsələ ciddidir və bu ciddilikdən irəli gələrək biz bir az ciddi ölçülər götürürük”, – Zaur Darğallı deyib.

Marneuli meri bizimlə söhbəti zamanı qeyd etdi ki, şəxsi nəqliyyatı olmayan ancaq işə getməli olan vətəndaşlar meriyaya müraciət edə bilər və meriya müvəkkillərinin də prosesə qoşulması ilə onların hərəkəti ilə bağlı müzakirə aparar.

“Bu haqda hələ ki, müzakirəmiz olmayıb. Əgər kiməsə, konkret adamlara hərəkətlə bağlı problem yaranarsa, bizə müraciət edə bilərlər. Bu gün bu məsələ ilə bağlı meriyada müzakirəmiz olacaq. Əgər kimsə distant çalışa bilirsə, çalışsın, amma işlə təmin edənlər buna icazə vermirsə, onlarla bunu da müzakirə edəcəyik”, – Zaur Darğallı deyib.

Marneuli meri radio ilə söhbətində bildirib ki, ictimai nəqliyyatın hərəkətinin dayandırılması vətəndaşların təhlükəsizliyinə görə olub və bu qərar kiminsə şəxsi komfortunu məhdudlaşdırmağa görə qəbul edilməyib.

Mövcud olan məlumata görə, Marneuli bələdiyyəsi miqyasında bütün növ nəqliyyat vasitələrinin hərəkəti iki həftəlik dayandırılıb.


"Marneuli" Radiosu



Print ელ. ფოსტა
თეგები: coronavirus covid-19 koronavirus
FaceBook Twitter Google