Qırmızı Xaç Cəmiyyətinin Marneuli ofisi meriyanın könüllülərinə təlim keçəcək
Qırmızı Xaç Cəmiyyətinin Marneuli ofisi yeni koronavirusun qarşısının alınması məqsədi ilə məlumatlandırma kampaniyası planlaşdırır və meriyaya əhaliyə təlim keçməkdə yardım edəcək.

“Başqa filiallarla yanaşı Marneuli filialı da “covid-19”-un qarşısının alınması tədbirlərinə qoşulur və Marneulidə məlumat kampaniyası keçiririk. Kampaniya zamanı könüllülər əhaliyə və müxtəlif qurumlara yeni koronavirus haqqında üç dildə məlumat vərəqələri paylayır”, – Qırmızı Xaçın Marneuli ofisinin sədri Nana Talaxadze deyir.

Onun sözlərinə görə, meriya ilə əməkdaşlıq edəcəklər və onların təlimçiləri meriyanın könüllülər qrupunu yaşlı vətəndaşlara müxtəlif fəallıqlarda kömək baxımından hazırlayacaqlar.

“Bizim üçün könüllülərin təhlükəsizliyi vacibdir və tədbirlərdə iştirak edənə qədər onlar təlim keçəcəklər. Təlimdə düzgün geyinməyi və insanlarla ünsiyyət zamanı özlərinə zərər vurmamaq üçün nəyi nəzərə alacaqlarını öyrənəcəklər. Biz onları təchizatla da təmin edəcəyik”,
– Qırmızı Xaçın Marneuli ofisinin təlimçisi deyir.

Qeyd dək ki, Gürcüstanda yeni kornavirusun ilk aşkarlandığı gündən Gürcüstan Qırmızı Xaç Cəmiyyəti Səhiyyə Nazirliyi ilə əməkdaşlıq yolu ilə “covid-19”-un qarşısının alınması tədbirlərinə fəal qoşulub.

Bu günə olan məlumata görə, Gürcüstanda 43 nəfər koronavirusa yoluxub.

Müəllif: Edqar Mazmanyan
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google