Marneulidə koronavirusa yoluxma halı qeydə alınıb
Marneuli "Geo Hospital" klinikasında bir xəstədə koronavirus aşkarlanıb. Bu haqda “Marneuli” radiosuna həmin klinikanın direktoru Tata Şenqelaia təsdiq edib və bildirib ki, hazırda xəstəxanada dezinfeksiya işləri aparılır və Xəstəliklərə Nəzarət Milli Mərkəzindən epidemioloqların gəlməsini gözləyirlər. Məhz Tbilisidən gələn mütəxəssislər xəstənin başqa klinikaya keçirilməsi ilə bağlı qərar verəcəklər.

Şenqelaianın sözlərinə görə, öz tibbi heyətləri müvafiq şəkildə təchiz olunub və ancaq hələ əməkdaşlarının karantinə yerləşdirilib yerləşdirilməyəcəyi məlum deyil. Koronavirusa yoluxan xəstə güman ki, risk qruplu ölkələrə səfər edənlər arasındadır.

Xəstənin klinikaya 18 mart tarixində yerləşdiriləcəyi bildirilir.

Düzəliş: “Marneuli” radiosu Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze ilə əlaqə saxladı və Laperadze bildirdi ki, koronavirusa yoluxmuş xəstə sərhədi keçməyib və yoluxmanın mənbəyini araşdırırlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google