Marneulidə koronavirusa yoluxmuş şəxsin təmasda olduğu 86 nəfər müəyyən olunub – Amiran Qamkrelidze
Marneulidə koronavirusa yoluxmuş şəxsin təmasda olduğu 86 nəfər müəyyən olunub. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze “Pirveli” kanalı ilə söhbəti zamanı deyib.

Marneulidə koronavirusa yoluxma halı bu gün, 22 mart tarixində qeydə alındı. Həmin şəxs “Geo Hospitals” klinikasında müalicə olunurdu.

“Bizim qrup həmin xəstəxanada olub və indi oradan qayıdıblar. Bu xəstə ilə bağlı müzakirələrimiz davam edir və müvafiq tövsiyələr hazırlanır.

Artıq təxminən 86 nəfər təmasda olan şəxs müəyyən olunub. Lakin təmasda olanların sayı daha çoxdur. Həmin bələdiyyənin İctimai Səhiyyə Mərkəzi bunun üzərində çalışır”,
– Amiran Qamkrelidze deyib.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktorunun sözlərinə görə, virusa yoluxmuş şəxsin müalicə olunduğu xəstəxana karantin rejiminə keçib.


“Geo Hospitals”-ın kliniki direktoru “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, xəstəxananın tibbi personalı karantinə aparılıb, lakin neçə nəfərin aparıldığını dəqiq bilmir. Onun sözlərinə görə, xəstə güman ki, Azərbaycanda olub, lakin bunu həkimlərdən gizləyib. Koronavirusa yoluxmuş şəxsin Azərbaycanda olduğu barədə həkimlərə onun yaxınları məlumat verib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google