Bu
barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Geo
Hospitals”ın kliniki direktoru verib və bildirib ki, həkimlər onun
Azərbaycanda olması barədə məlumatı yaxınlarından
alıblar.
Yoluxmuş şəxs özü isə bu məlumatı gizləyib.
Marneulidə koronavirusa yoluxmuş şəxslə təmasda olan 86 nəfər
müəyyən edilib. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin
direktoru Amiran Qamkrelidze “Pirveli” kanalı ilə söhbəti zamanı
deyib.
Marneulidə koronavirusa yoluxma halı bu gün, 22 mart tarixində
qeydə alındı. Həmin şəxs “Geo Hospitals” klinikasında müalicə
olunurdu. Hazırda o, Qori xəstəxanasına aparılıb.