İqtisadiyyat naziri Natia Turnavanın bildirdiyinə görə, Marneuli və
Bolnisidə müvəqqəti olaraq ərzaq və dərmanlar istisna olmaqla bütün
iqtisadi fəaliyyətlər dayandırılır.
“Kritik infrastrukturlar – su, qaz, elektrik enerjisi,
kənd təsərrüfatı ilə bağlı fəaliyyət göstərən müəssisələr, bəzi
obyektlər işlərinə maneəsiz davam edəcəklər. Belə müəssisələrlə
bağlı təfərrüatlar yayımlanacaq. Tibb və kommunikasiya sahəsində
problem olmayacaq”, – Natia Turnava bildirib.
İqtisadiyyat nazirinin sözlərinə görə, qeyd olunan qəra Marneuli və
Bolnisidə sərt karantin rejiminin elan olunması ilə bağlıdır.
Turnavanın bildirdiyinə görə, İqtisadiyyat Nazirliyi Marneulidə
fəaliyyətinə davam edəcək müəssisələrin siyahısının hazırlanması
ilə bağlı tapşırıq verib.
Xatırladırıq ki, bu gün, 23 mart tarixindən Gürcüstanın hökuməti
Marneuli və Bolnisi bələdiyyələrində sərt karantin rejiminin tətbiq
olunması ilə bağlı qərar qəbul edib. Bu bələdiyyələrə giriş-çıxış
dayandırılıb və vətəndaşların hərəkəti məhdudlaşdırılıb.
Marneuli və Bolnisi bələdiyyəsində müəyyən məhdudiyyətlər
qoyulub:
- “Bu gündən Marneuli və Bolnisi bələdiyyələrini giriş və
çıxış məhdudlaşdırılır. Bütün obyektlər bağlanır.
- Yalnız qida məhsulları, dərman və kritik
infrastrukturla bağlı başqa obyektlər əlçatan olacaq. İctimai
nəqliyyatın hərəkəti dayandırılır.
- Bələdiyyələrin ərazisi daxilində hərəkət
məhdudlaşdırılır, sakinlər yalnız qida məhsulları və ya dərman
almaq, yaxud tibbi xidmət üçün hərəkət edə bilərlər.
- Marneuli və Bolnisi sakinlərinə tibb işçiləri
tərəfindən yazılmış protokola uyğun olaraq kənd təsərrüfatı işləri
aparmağa icazə veriləcək.