“Kənd təsərrüfatı
baxımından heç bir problem
yaranmayacaq.
Vətəndaşların öz torpaq sahələrini becərmək və müxtəlif
gübrələr gətirmək imkanları var. Buna görə heç bir məhdudiyyət
qoyulmayıb. Əgər vətəndaşlar məhsuli satmağa aparmaq istəyirsə,
maşın mütləq Tbilisidən gəlməlidir”, — bu bəyanatı
Zaur Darğallı 28 mart tarixində keçirdiyi brifinqdə verib və
bildirib ki, əgər vətəndaş kiçik ailə biznesi ilə məşğuldursa,
indiyə kimi məhsulu öz maşını ilə satmağa aparırdısa, onları
bələdiyyə siyahıya alacaq və güman ki, Gürcüstanın Ətraf Mühitin
Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi prosesə qoşulacaq.
Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində karantin
elan olunub. Hökumət bu qərarı Marneulili qadının koronavirusa
yoluxmasından sonra qəbul edib. Müəyyən məhdudiyyətlər tətbiq
olunsad a tibb işçilərinin yazdığı protokola əsasən Marneuli və
Bolnisi vətəndaşlarına kənd təsərrüfatı işləri ilə məşğul olmağana
icazə verilib.