Marneuli meriyası əhalinin peyvəndlə bağlı məlumatlandırılması üçün nə edib
Marneuli yerli özünüidarəsi koronavirusa qarşı peyvənd prosesi barədə əhalinin məlumatlandırılması üçün şəhərə bir neçə ay əvvəl iki baner yerləşdirib. Marneuli meri səlahiyyətlərinin icraçısı Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyə banerlərin yerləşdirilməsi üçün “Alma” MMC ilə müqavilə bağlayıb.

“Bələdiyyə “Alma” MMC ilə bağladığı müqavilə əsasında banerləri quraşdırdı ki, əhalinin ümumi peyvəndləmə barədə məlumatı olsun. Bundan əlavə, Barışıq və İnteqrasiya Nazirliyi ilə razılıq əsasında, onlarda gürcü, azərbaycan və erməni dillərində peyvənd prosesi ilə bağlı broşürlər aldıq. Broşürlərdə əhalinin nəyi bilməli olduğu və koronaviursa yoluxma hallarının minimuma endirilməsi barədə məlumat verilmişdi. Bizim əməkdaşlarımız həmin broşürləri kəndlərdə payladılar”, – Zaur Tabatadze bildirdi.

Marneuli meri vəzifəsinin icraçısının sözlərinə görə, peyvənd barədə əhalidə məlumatlandırma səviyyəsinin artırılması üçün özü və meriyanın digər əməkdaşları “Marneuli” televiziyasının efirindən fəal şəkildə yararlanırdılar, əhaliyə müxtəlif növ məlumatlar çatdırırdılar.

“Bu qismən işə yaradı. Marneulidə bu gün peyvənd prosesi davamlı şəkildə aparılır. Dörd peyvənd briqadası işləyir və əhali hər gün vaksin vurdurur. Vətəndaşlar birbaşa yerindəcə qeydiyyatdan keçirlər və orada istədikləri vaksini vurdururlar. Əhaliyə “Sinovak”, “Sinofarm” və “Pfizer” vaksini vurulur.”

Qeyd edək ki, bələdiyyə “Alma” MMC-yə banerləri yerləşdirdiyinə görə pul ödəməyib. Çünki “Alma” ilə bağlanmış icarə müqaviləsinə əsasən, lazım olduğu halda bələdiyyənin şəhərdəki banerlərdən pulsuz istifadə etmək hüququ var.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია