MSK sədri fəal Marneuli sakinləri ilə çayxanada görüş keçirib
23 sentyabr tarixində, Mərkəzi Seçki Komissiyasının nümayəndələri Marneulidə görüş keçiriblər. Yerli mülki sektorunun nümayəndələri və müxtəlif təşkilatlarla seçki prosesini müzakirə ediblər.

MSK-nın sədri Qiorqi Kalandarişvili "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, ölkənin bütün vətəndaşlarının seçkidə bərabər imkanlarla iştirak etməsi mühümdür.

“İctimai həyata fəal olaraq qoşulmuş gənclərlə görüşürük və onlarla birlikdə seçicilərin, xüsusilə gənc seçicilərin daha da fəal olmasına, onların seçki prosesinə qoşulmasına səbəb olacaq məsələləri müzakirə edəcəyik. Ola bilsin qısamüddətli, eləcə də uzunmüddətli perspektivlərdə bu məsələləri düşünək. Bizim işlərimizdən biri budur ki, bütün mümkün hallarda, etnik azlıqların seçkidə iştirak etmək imkanı varsa, bütün vacib seçki sənədlərinin onların başa düşdüyü dillərə tərcümə edilməsini təmin edirik. Biz bunu böyük uğurla həyata keçiririk və bu prosesi mütləq davam etdirəcəyik. Bizim üçün administrasiyanın bərabər şəraitdə seçkilərdə iştirak etməyin təmin edilməsi üçün nələr edə biləcəyi daha maraqlıdır.”

Görüş iştirakçılarından biri, mülki fəal Samirə Bayramova bildirdi ki, qərar qəbul edəcək və məsələyə reaksiya göstərə biləcək insanlarla ünsiyyət qurmaq mühümdür. O, hesab edir ki, bu günə qədər məntəqə seçki komissiyası üzvlərinin peşəkarlığı məsələsi problem olaraq qalmaqdadır.

“12 ildir ki, seçki prosesində iştirak edirəm. Ancaq MSK-nın görüşündə ilk dəfə iştirak edirəm ki, mövcud problemlərdən danışmaq imkanım olsun. Bir tərəfdən yeniliklər barədə məlumatımızın, digər tərəfdən isə reaksiya göstərə biləcək adamlarla birbaşa əlaqəmizin olması çox mühümdür. Regionun səciyyəviliyindən irəli gələrək, seçki prosesləri çətindir. Təəssüf ki, bütün Gürcüstanda seçki mədəniyyəti yarada bilməmişik və insan haqları pozulur. Təəssüf ki, bu günə qədər komissiya üzvlərinin təlimi məsələsi problem olaraq qalır. İllərdir ki, eyni adamlar komissiya üzvü olurlar, ancaq seçki məcəlləsini, öz hüquqlarını və məntəqədə hansı rollarının olduğunu bilmirlər.”

Etnik azlıq məsələləri üzrə işləyən qrupun rəhbəri Sofo Siçiniava bildirdi ki, MSK bütün Gürcüstan miqyasında pandemiya şəraitində tətbiq edilmiş tənzimləmələrə riayət etməklə seçicilərə xidmət göstərməyə hazırdır. O, bildirdi ki, MSK seçicilərin gürcü dilini bilmədiyi regionlarda seçki sənədlərinin tərcüməsini təmin edəcək.

"Bu region üçün sənədlər gürcü –Azərbaycan dillərinə və dörd qarışıq məntəqədə gürcü-azərbaycan-erməni dilinə tərcümə olunacaq. Bu seçki bülleteni, seçicilərin vahid siyahısı, bülletenlərin doldurulma qaydasıdır. Hər bir məntəqə seçki komissiyasının üzvü seçiciyə xidmət göstərmək üçün rəsmi hazırlıq keçir.”

Yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçiriləcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია