Marneuli bazarında 9 mağaza yanıb
Marneuli bazarında yeddi qab-qacaq və iki paltar mağazası olmaqla 9 mağaza yanıb.



Satıcılar bildirdilər ki, yanğının səbəbi onlara məlum deyil. Bazar rəhbərliyindən “Marneuli” radiosuna bildirdilər ki, hadisə yerinə ekspertlərin gəlişini gözləyirlər. Yalnız ekspertlərin işləməsindən sonra yanğının səbəbi məlum olacaq.



“Təxminən 50 000, 80 000 lari dəyərində ziyan dəyib. Bütün bazara təxminən 100 000 lari dəyərində ziyan dəymiş olar. Səbəblər bizə məlum deyil”, – satıcılardan biri qeyd etdi.


Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, baş vermiş faktla əlaqədar Cianyət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə əşyaya ziyan vurmaq və ya məhv etməyi nəzərdə tutur.

Marneuli bazarında yanğın 20 oktybar tarixində, axşam saatlarında baş verib. Hadisə yerinə yanğınsöndürən briqadası səfərbər edilibmiş və bir neçə saata yanğını söndürüblər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google