Marneuli bələdiyyəsində, son bir həftə ərzində kovid-19-a 200 nəfər
yoluxub.
Marneuli İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Mərkəzindən
bildirdilər ki, son bir həftə ərzində Marneulidə koronavirusdan 2
nəfər dünyasını dəyişib.
“Son bir həftədə, bizdə olan məlumata görə, Marneuli
miqyasında koronavirusa 200 nəfər yoluxub. Mövcud məlumata görə, 2
nəfər dünyasını dəyişib”, – Səhiyyə Mərkəzindən
bildirdilər.
Marneulinin Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, ötən
həftə ilə müqayisədə peyvənd vurdurmaq istəyənlərin sayı artıb və
Marneulidə 17 oktyabrdan bu günə qədər 404 nəfər kovidə qarşı
peyvənd vurdurub.